Məşğulluq xidmətlərinin modernləşdirilməsi istiqamətində təcrübə mübadiləsi aparılır

Xəbərin çap versiyası
Tarix: 15-11-2017, 10:40    |    Xəbər oxunub: 677 dəfə
Məşğulluq xidmətlərinin modernləşdirilməsi istiqamətində təcrübə mübadiləsi aparılır


“Azərbaycan Respublikasında dövlət məşğulluq xidmətlərinin modernləşdirilməsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə dəstək” adlı tvinninq layihəsinin icrası üzrə tərəfdaş ölkələrin (Litva Respublikası, Avstriya Respublikası, İsveç Krallığı) mütəxəssislərindən ibarət ekspert qrupu ölkəmizdə səfərdədir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AFN-ə verilən məlumata görə, səfər çərçivəsində xarici ekspertlər tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Litva, Avstriya və İsveçin Dövlət Məşğulluq Xidmətlərinin fəaliyyəti barədə təqdimatların edilməsi məqsədilə tədbir keçirilib. Tədbiri giriş sözü ilə açan əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Mətin Kərimli ötən dövrdə Avropa İttifaqının Avropa Qonşuluq Siyasəti çərçivəsində ölkəmizdə ayrı-ayrı sahələrdə, o cümlədən əmək və sosial müdafiə sahələrində icra olunmuş tvinninq layihələrinin müsbət nəticələrinin olduğunu diqqətə çatdırıb. O, həyata keçirilən “Dövlət məşğulluq xidmətlərinin modernləşdirilməsində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə dəstək” adlı yeni tvinninq layihəsinin də əhəmiyyətindən bəhs edib.

Nazir müavini bildirib ki, ölkəmizdə dövlət məşğulluq orqanlarının fəaliyyətinin təkmilləşdirilməsində, məşğulluq xidmətlərində qabaqcıl dünya təcrübəsindən irəli gələn modern və səmərəli iş üsullarının tətbiqində həmin layihə mühüm dəstək rolu oynayır. Layihənin icrasında Litva, Avstriya və İsveç tərəfdaş ölkələr kimi müəyyən olunub. Bu ölkələrin aidiyyəti qurumları ilə fəal əməkdaşlıq müstəvisində Avropanın məşğulluq xidmətləri sahəsində qabaqcıl təcrübələrinin, eləcə də əmək bazarının monitorinqi və proqnozlaşdırılması üzrə praktikasının öyrənilməsi xüsusi önəm kəsb edir. Hazırda keçirilən tədbirdə də layihənin icrası çərçivəsində həmin ölkələrdən olan ekspertlərin edəcəkləri təqdimatlar buna imkan yaradacaq.

Tədbir Litva, Avstriya və İsveçdən olan mütəxəssislərin ölkələrində Dövlət Məşğulluq Xidmətlərinin fəaliyyətinə dair təqdimatları ilə davam edib. Təqdimatlar zamanı tərəfdaş ölkələrdə Dövlət Məşğulluq Xidmətlərinin missiyası və idarə olunması, məqsədləri və icra hədəfləri, yerinə yetirdikləri funksiyalar, işəgötürənlərlə əməkdaşlıq təcrübələri barədə məlumatlar verilib. Həmçinin bu ölkələrdə göstərilən xüsusi məşğulluq xidmətlərindən, informasiya idarəetmə sistemlərindən (işə götürənlərin və iş yerlərinin qeydiyyatı), iş keyfiyyətinin idarəetmə mexanizmlərindən, Dövlət Məşğulluq Xidmətlərinin kadr potensialından və s. bəhs olunub.

Təqdimat zamanı iştirakçıların müvafiq mövzulara aid sualları da cavablandırılıb və təqdim olunan məlumatlar əsasında geniş müzakirələr aparılıb.

Məşğulluq xidmətlərinin modernləşdirilməsi istiqamətində təcrübə mübadiləsi aparılır

Məşğulluq xidmətlərinin modernləşdirilməsi istiqamətində təcrübə mübadiləsi aparılır

Məşğulluq xidmətlərinin modernləşdirilməsi istiqamətində təcrübə mübadiləsi aparılır

Məşğulluq xidmətlərinin modernləşdirilməsi istiqamətində təcrübə mübadiləsi aparılır




AFN.az
Redaksiyamızla əlaqə: tel; 055 260 69 84, e-mail afn.news@mail.ru




Diqqətinizi çəkə biləcək digər xəbərlər
MTN generalı Eldar Mahmudovun şok cinayətini açıqladı

MTN generalı Eldar Mahmudovun şok cinayətini açıqladı

Milli statistika sisteminin Avropa standartlarına uyğunlaşdırılması ilə bağlı tvinninq layihəsi başa çatıb

Milli statistika sisteminin Avropa standartlarına uyğunlaşdırılması ilə bağlı tvinninq layihəsi başa çatıb

Azərbaycan Silahlı Qüvvələrində yenilik

Azərbaycan Silahlı Qüvvələrində yenilik

Qənirə Paşayeva Sudan nümayəndə heyətilə görüşdə Qarabağ problemindən geniş bəhs edib

Qənirə Paşayeva Sudan nümayəndə heyətilə görüşdə Qarabağ problemindən geniş bəhs edib

Azərbaycanda təxminən 2 milyon 600 min uşaq var

Azərbaycanda təxminən 2 milyon 600 min uşaq var

"Qoca"nın qaçdığına görə həbs olunan komandirin yerinə yeni təyinat

ATMU-da “Rus dili həftəsi” keçirilib

ATMU-da “Rus dili həftəsi” keçirilib

Qüdrət Qurbanov BDT-nın 30-cu assambleyasının sessiyasında iştirak edəcək.

Qüdrət Qurbanov BDT-nın 30-cu assambleyasının sessiyasında iştirak edəcək.

“Bakcell”in dəstəyilə futzal turniri təşkil edilib

“Bakcell”in dəstəyilə futzal turniri təşkil edilib

Əli Həsənovun nəvəsi əsgərlikdə olmayıbmış

Əli Həsənovun nəvəsi əsgərlikdə olmayıbmış

Azərbaycanda avtomobillər bahalaşacaq-

Azərbaycanda avtomobillər bahalaşacaq- idxal rüsumu 75% artırılır

Bakıya sulu qar yağacaq

Bakıya sulu qar yağacaq

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur