“İslam Azərbaycançılığa qarşı qoyulur”- Gündüz İsmayılov

Xəbərin çap versiyası
Tarix: 18-11-2017, 16:04    |    Xəbər oxunub: 641 dəfə
“İslam Azərbaycançılığa qarşı qoyulur”-


Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) tərəfindən Qubada keçirilən “Dini radikalizmlə mübarizədə gənclərin təşkilatlandırılması” mövzusunda seminar işinə davam edib.

AzVision.az xəbər verir ki, ikigünlük seminarda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin rəsmiləri, elm və din xadimləri, Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondu ilə əməkdaşlıq edən şimal bölgəsi üzrə aktiv gənclər, Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin Siyəzən, Quba, Qusar, Xaçmaz, Xızı, Şabran rayon təşkilatlarının üzvləri, həmçinin, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Seminarın ikinci günü Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov “Azərbaycanda dini məsələ: ideoloji təhdidlər müstəvisində” mövzusunda təqdimatla çıxış edib. İdeoloji sahədə dinlə bağlı üzləşdiyimiz problemlər, dövlət-din münasibətlərinin tənzimlənməsi qaydaları, vətəndaşların dinə baxış bucağı və digər məsələlər ətrafında geniş məruzə ilə çıxış edən Gündüz İsmayılov vurğulayıb ki, ideoloji müstəvidə dinlə bağlı ən böyük problem məqsədli şəkildə dini kimliyimizin-dinimizin milli kimliyimizə-Azərbaycançılığa qarşı qoyulmasıdır. Din pərdəsi altında, dindən sui-istifadə edilərək İslam Azərbaycançılığa qarşı qoyulur.

Sədr müavini qeyd edib ki, XIX əsrdə başlayan maarifçilik hərəkatı ilə xalqımızın milli şüurunun oyanması və milli özünüdərk prosesinin başlaması nəticə etibarilə “millət” anlayışı ilə “ümmət” anlayışının bir-birindən fərqləndirilməsinə gətirib çıxardı. Hazırda millətlə ümməti yenə də qarşı-qarşıya qoymaqda məqsəd milli dövlətçiliyimizə zərbə vurmaqdır.

G. İsmayılov dindarlığın artması ilə məzhəbçiliyin də güclənməsi, eləcə də xurafat meyillərinin artması, dini dəhsilin dünyəvi təhsilə qarşı qoyulması, qız uşaqlarının məktəbdən uzaqlaşdırılması, dini radikalizm fikirlərinin yayılması tendensiyalarının müşahidə edildiyinə diqqət çəkərək cəmiyyətdə dinlə bağlı belə problemlərin yaranmasının arzuolunmaz hal olduğunu bildirib. Qeyd edib ki, ideoloji sahədə yaranmış bütün bu problemləri həll etməyimiz üçün necə bir gənclik, necə bir nəsil yetişdirməli olduğumuz çox önəmlidir.

Daha sonra DQİDK-nın Zaqatala bölgəsi üzrə şöbəsinin müdiri Mehman İsmayılov “Radikallaşma prosesi: nəzəriyyə və təcrübə” mövzusunda məruzə ilə çıxış edib. Mehman İsmayılov qeyd edib ki, din şəxsiyyətin mənəviyyatının, əxlaqının, insani keyfiyyətlərinin formalaşmasına xidmət etsə də dinin cəmiyyətdə bir çox funksiyaları var. Cəmiyyətdə insanlar arasında sosial-ictimai münasibətlərin, qarşılıqlı anlaşma mühitinin yaranmasında çox böyük rol oynayır. Dini radikalizm bir prosesdir və hər hansı bir dini baxışı mənimsəyən qrupun fərqli fikirlərə ifrat radikal yanaşmasıdır. Radikallaşma prosesinin baş verməsinin sosial-ictimai səbəbləri, mərhələləri haqqında geniş məlumat verən M. İsmayılov radikallaşmaya zəmin yaradan sosial, psixoloji, ideoloji səbəblərin aradan qaldırılmasının əhəmiyyətini vurğulayıb.

DQİDK-nın Quba bölgəsi üzrə şöbəsinin müdiri Eynulla Nurullayev çıxış edərək, bu cür maarifləndirmə tədbirlərinin keçirilməsinin, radikalizm meyillərinin yayılmasının qarşısının alınmasında, gənclərin dini baxışlarının düzgün istiqamətləndirilməsində böyük rol oynadığını diqqətə çatdırıb.

Seminarın sonunda Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsinə həsr olunmuş “Şəhadət” sənədli filmi nümayiş etdirilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 055 260 69 84, e-mail afn.news@mail.ru




Diqqətinizi çəkə biləcək digər xəbərlər
Türkiyə Şərqi Qüdsdə səfirlik açacaq

Türkiyə Şərqi Qüdsdə səfirlik açacaq

Bakıda böyük tikinti şirkətinin rəhbəri həbs olundu-

Bakıda böyük tikinti şirkətinin rəhbəri həbs olundu- YENİLƏNİB

Azərbaycan 10-dan çox ölkəyə hərbi məhsul ixrac edir

Azərbaycan 10-dan çox ölkəyə hərbi məhsul ixrac edir

Sevdiyi oğlanla ailə qura bilməyən qız özünü öldürmək istədi

Sevdiyi oğlanla ailə qura bilməyən qız özünü öldürmək istədi

OPEK-dən Azərbaycan nefti ilə bağlı proqnoz

OPEK-dən Azərbaycan nefti ilə bağlı proqnoz

Azərbaycan cüdoçusu Ukraynanın mütləq çempionu oldu

Azərbaycan cüdoçusu Ukraynanın mütləq çempionu oldu

Kiyevdə Saakaşvili tərəfdarlarının yürüşü başladı

Kiyevdə Saakaşvili tərəfdarlarının yürüşü başladı

Ərdoğanı öldürmək istəyən 9 terrorçu həbs olundu

Ərdoğanı öldürmək istəyən 9 terrorçu həbs olundu

Azərbaycanlı alimin ixtirası “dəm qazı terroru”na son qoyacaq

Azərbaycanlı alimin ixtirası “dəm qazı terroru”na son qoyacaq

Saakaşvili Poroşenkoya barışıq təklif edib

Saakaşvili Poroşenkoya barışıq təklif edib

NATO Rusiya təhlükəsinə qarşı qüvvələri üçqat artırdı

NATO Rusiya təhlükəsinə qarşı qüvvələri üçqat artırdı

Bakıda böyük tikinti şirkətinin rəhbəri saxlanıldı

Bakıda böyük tikinti şirkətinin rəhbəri saxlanıldı

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur