İnsanların icbari tibbi sığortaya ehtiyacı var- millət vəkili


İnsanların icbari tibbi sığortaya ehtiyacı var-


Millət vəkili Qənirə Paşayeva Milli Məclisdə hökumət üzvlərinin iştirakı ilə 2018-ci ilin büdcə müzakirələri zamanı çıxış edib.

AFN-in məlumatına görə, o bildirib ki, tibbi sığortanın bütün ölkədə tətbiqi bu gün ən vacib məsələlərdən biridir: "İki rayonda pilot layihə həyata keçirildi. 2018-ci ildə nə qədər rayonda icbari tibbi sığorta tətbiq olunacaq və neçənci ilə qədər bütün ölkədə tətbiq olunmağa başlayacaq? Çünki buna çox ehtiyac var. Xəsətliklərin sayı artır, eyni zamanda xəstəliklər getdikcə daha da cavanlaşır. İnsanların icbari tibbi sığortaya ehtiyacı var. Bu prosesi surətləndirmək lazımdır. Millət vəkili müvafiq qurumları icbari tibbi sığortanın tətbiqi məsələsinə ciddi önəm verilməsinə çağırıb və ölkədə icbari tibbi sığortanın geniş şəkildə tətbiqinə ciddi ehtiyac olduğunu vurğulayıb: ” Bu gün icbari tibbi sığorta həllini gözləyən ən vacib problemlərdən biridir. Biz hamımız bilirik ki, səhiyyə sahəsində ortaya çıxan, əhalinin bu sahədə üzləşdiyi bir sıra problemlərin həlli, səhiyyədə daha böyük islahatların keçirilməsi icbari tibbi sığorta sistemi inkişaf etmədən mümkünsüzdür. Bu istiqamətdə işlər təcili sürətlənməlidir, çünki bu məsələ səhiyyə sahəsində həllini gözləyən ən vacib problemdir. Aidiyyatı nazirlik və qurumları bu məsələyə xüsusi önəm verməyə çağırırıq.

Millət vəkili Q.Paşayeva Milli Məclisdə hökumət üzvlərinin iştirakı ilə 2018-ci ilin büdcə müzakirələri zamanı autizmli xəstələrin problemlərini qaldırıb və bu sahədə təcili dövlət proqramının qəbul olunmasına çağırıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu