“Gülbaxt Tikinti Materialları Kombinatı” MMC əmək hüquqlarını pozur- ŞİKAYƏT

Xəbərin çap versiyası
Tarix: 6-12-2017, 11:25    |    Xəbər oxunub: 530 dəfə
“Gülbaxt Tikinti Materialları Kombinatı” MMC əmək hüquqlarını pozur-


Bakı şəhər Qaradağ rayonu Qızıldaş qəsəbəsi sakini 1-ci qrup əlil Şükürova Minarə Həsrət qızı şikayət ərizəsilə AFN-in redaksiyasına müraciət edib.

Şikayətçi bildirir ki, uzun illər çalışdığı "Gülbaxt" tikinti materialları kombinantının rəhbərliyi tərəfindən hüquqları pozulub: "Mən üzləşdiyim qanunsuzluğa görə mətbuat vasitəsi ilə Azərbaycan Respublikasının birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya müraciət etmək istəyirəm.
1995-ci ildə "Gülbaxt" tikinti materialları kombinatına ekonomist kimi işə qəbul olunmuşam (əmr №21/k 01.07.1995) . 01 mart 1996-cı ildə ( №02/k ) köçürmə yoluyla həmin kombinatda baş mühasib işləməyə başlamışam ( №02/k 01.03.1996). 06 yanvar 2016-cı ildə isə səhhətimdə olan problemlərlə əlaqədar öz xahişimlə işdən azad olunmuşam (əmr № 03 06.01.2016). ) 2001- ilə kimi məzuniyyətlərimdən istifadə etmişəm. Belə ki, 01.07.2003-cü ildə 1996-1997 , 02.08.2004-cü ildə 1998-1999, 01.08.2016-cı ildə isə 2000-2001-ci illərin məzuniyyətindən istifadə etmişəm. 2001-ci ildən 2016-cı ilə kimi işlədiyim müddətdə məzuniyyətlərimdən istifadə etməmişəm. İşdən çıxdığım vaxtdan, yəni 06 yanvar 2016-cı ildən bu günə kimi dəfələrlə istifadə etmədiyim məzuniyyət pulumu tələb etsəm də, kombinatın rəhbərliyi tərəfindən məni hər dəfə bir bəhanə ilə yola salırdılar. Sonuncu dəfə də kombinatda olanda rəhbərlik mənə bildirdi ki, işlədiyin müddətdə vaxtında məzuniyyətə çıxardın. Bizim indi sənə veriləsi pulumuz yoxdur. Qeyd edim ki, işlədiyim illərdə məzuniyyətə çıxmaq istəyəndə kombinatın rəhbərliyi məni əvəz edənin olmamasını əsas gətirərək mənə məzuniyyətdən istifadə etməyimə icazə verməyib. Mən mühasib işlədiyim üçün hansı illərdə məzuniyyətdən istifadə etməmişəmsə dəqiqliklə bilirəm.
İkinci qrup əlil oğlumun 3 nəfərdən ibarət olan ailəsi də mənim himayəmdədir. Özüm də birinci qrup əliləm. Daima müalicəyə ehtiyacım var. Sizdən xahiş edirəm yuxarıda göstərdiklərimi nəzərə alasınız, "Gülbaxt" tikinti materilalları kombinatında işlədiyim müddətdə istifadə etmədiyim illərin məzuniyyət pulunun alınmasında mənə köməklik edəsiniz. Siz həmişə əlillərə və qadınlara xüsusi diqqət və qayğı göstərmisiniz. Mən Sizə səmimi qəlbdən inanıram".
AFN-in əməkdaşı məsələ ilə bağlı araşdırma apararkən adıçəkilən kombinatla əlaqə saxlaya bilməsə də, maraqlı bir fakt aşkarlayıb. Məlum olub ki, adıçəkilən kombinatın rəhbərliyi eyni iddia ilə məhkəməyə verilib və məğlub olub. Belə ki, iddiaçı Əhmədov Ələddin Əbdülhəsən oğlu
“Gülbaxt Tikinti Materialları Kombinatı” MMC-ni ödənilməmiş məzuniyyət haqqının verilməsinə dair məhkəməyə verərək birinci və ikinci instansiyalarda udub. Təəssüf ki, qeyd etdiyimiz kimi, kombinatın rəhbərliyi ilə əlaqə saxlamaq cəhdlərimiz boşa çıxdığı üçün qərarın icra edilib-edilməməsi ilə bağlı məlumat ala bilmədik.
Qarşı tərəfin mövqeyini verməyə hazırıq.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 055 260 69 84, e-mail afn.news@mail.ru




Diqqətinizi çəkə biləcək digər xəbərlər
Bakıya 20 ədəd avtobus gətirilib-

Bakıya 20 ədəd avtobus gətirilib- FOTOLAR

Diaspor rəhbəri Ukraynanın aparıcı KİV nümayəndələri ilə görüşdü-

Diaspor rəhbəri Ukraynanın aparıcı KİV nümayəndələri ilə görüşdü- FOTOLAR

Silahlı Qüvvələrin rəhbər heyətinin toplantısı keçirilir-

Silahlı Qüvvələrin rəhbər heyətinin toplantısı keçirilir- FOTOLAR

MŞ sədri Tiflisdə beynəlxalq toplantıda iştirak edib

MŞ sədri Tiflisdə beynəlxalq toplantıda iştirak edib

"Bakcell"ə Qərbi Kaspi Universiteti arasında əməkdaşlıq memorandum imzalanıb- FOTOLAR

Kərəm Həsənov Ağcabədidə vətəndaş qəbulu keçirib

Kərəm Həsənov Ağcabədidə vətəndaş qəbulu keçirib

Gəncəyə qarşı təxribat xarakterli yazıların SİFARİŞÇİSİ bəlli oldu-

Gəncəyə qarşı təxribat xarakterli yazıların SİFARİŞÇİSİ bəlli oldu- “Şikayətçilərin” XAÇ ATASI var imiş

Patent və Əmtəə Nişanları Mərkəzi 2017-ci il üzrə “UĞUR” Milli Mükafatının laureatı elan edilib

Patent və Əmtəə Nişanları Mərkəzi 2017-ci il üzrə “UĞUR” Milli Mükafatının laureatı elan edilib

ATMU-da “Turizm biznesi: təhsildən karyera doğru” adlı tədbir keçirilib-

ATMU-da “Turizm biznesi: təhsildən karyera doğru” adlı tədbir keçirilib- FOTOLAR

Hava dumanlı və çiskin olacaq...

Hava dumanlı və çiskin olacaq...

Xırdalanda 17 mərtəbəli bina yanır, sakinlər köməksiz vəziyyətdə qalıb-

Xırdalanda 17 mərtəbəli bina yanır, sakinlər köməksiz vəziyyətdə qalıb- FOTOLAR-YENİLƏNİB

Diqqət! Cəriməsi olan sürücülərə qadağa gəlir

Diqqət! Cəriməsi olan sürücülərə qadağa gəlir

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur