Azercell-lə “Karyerada ilk addım”


Azercell-lə “Karyerada ilk addım”


Ölkəmizdə keçirilən karyera sərgilərində iştirakı artıq ənənəyə çevrilən Azercell Telekom bu dəfə Azərbaycan Dövlət Neft Sənaye Universitetində təşkil olunan əmək yarmarkasında iştirak edib.



16 dekabr tarixində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşkil etdiyi “Karyerada ilk addım” devizi ilə keçirilən yarmarkada Azercell mövcüd vakansiya və Tələbə Proqramları ilə çıxış edib. Yarmarkada öz fəallığı ilə seçilən Azercell-in stendi tələbələrin böyük marağına səbəb olub. İnsan Qaynaqları Departamentinin əməkdaşları tələbələri maraqlandıran sualları cavablandıraraq Azercell-də karyera qurmaq istəyən gənclərə faydalı məsləhətlər verdilər.

Azercell-lə “Karyerada ilk addım”


Məlumat üçün bildirək ki, əmək yarmarkasının keçirilməsində əsas məqsəd tələbə-məzunlara aldıqları ixtisaslar üzrə əmək bazarında olan tələbat haqqında məlumat vermək, işəgötürənlərlə onların bilavasitə qarşılıqlı ünsiyyətini təşkil etmək və bununla da işəgötürənlərin qısa vaxt ərzində müasir tələblərə cavab verən ixtisaslı kadrların seçiminin aparılmasına imkan yaratmaq, eyni zamanda iş axtaran vətəndaşların da layiqli işlə təmin olunmalarına köməklik göstərməkdir.

Fəaliyyətə başladığı gündən etibarən Azercell tələbə və gənclərə öz dəstəyi ilə seçilib. Şirkətin həyata keçirdiyi sosial layihələrin böyük bir qismi gənclərin və eləcə də ölkəmizdə təhsilin inkişafına yönəlib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu