Macarıstanda ali təhsil üçün təqaüd proqramı elan edilir


Macarıstanda ali təhsil üçün təqaüd proqramı elan edilir


2018-2019-cu tədris ili üzrə Macarıstanda bu ölkənin büdcəsi hesabına təhsil üçün sənəd qəbulu elan edilir.



Təqaüd proqramı Azərbaycan Respublikası Təhsil Nazirliyi və Macarıstan İnsan Resursları Nazirliyi arasında imzalanmış “2018-2020-ci illər üzrə İş Proqramı”na əsasən həyata keçirilir.

Proqrama əsasən, tam bakalavriat və magistratura üzrə kənd təsərrüfatı, su idarəetməsi, təbiət elmləri, davamlı inkişaf, turizm, mühəndislik, informasiya texnologiyaları, texnologiyalar, iqtisadiyyat, biznes və idarəetmə elmləri, doktorantura təhsili üzrə isə istənilən maraq dairəsi çərçivəsində təqaüdlər təklif edilir.

Ayrılan kvota çərçivəsində təhsil ödənişsizdir. Universitet yataqxanasında yaşayış, tibbi sığorta, aylıq təqaüd Macarıstan tərəfindən qarşılanır.

Macarıstan ali təhsil müəssisələrində kvota çərçivəsində təhsil alacaq tələbələrin ilkin seçimi Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən aparıldıqdan sonra namizədlərin siyahısı yekun qərar verilməsi məqsədilə Macarıstan tərəfinə təqdim edilir.

Proqram çərçivəsində Macarıstan tərəfindən hər il 200 Azərbaycan vətəndaşı üçün aşağıdakı çərçivə əsasında təqaüd ayrılacağı nəzərdə tutulub.

Təqaüd proqramı çərçivəsində təhsilə dair əlavə məlumatIarla elan vasitəsilə tanış ola bilərsiniz.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu