Son bir ildə 1080 nəfərə sosial xidmət müəssisələrində, 11 min nəfərə evlərində sosial xidmət göstərilib

Xəbərin çap versiyası
Tarix: 12-01-2018, 12:18    |    Xəbər oxunub: 527 dəfə
Son bir ildə 1080 nəfərə sosial xidmət müəssisələrində, 11 min nəfərə evlərində sosial xidmət göstərilib


Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən çətin həyat şəraitində yaşayan şəxslərin sosial xidmətlərlə təminatı istiqamətində ötən il də məqsədyönlü işlər aparılıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AFN-ə verilən məlumata görə, hesabat dövründə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun sosial xidmət müəssisələrində 1080 nəfər şəxs tam dövlət təminatında olmaqla, stasionar şəraitdə sosial xidmətlərlə təmin ediliblər. Onlardan 330 nəfəri sağlamlıq imkanları məhdud uşaqlar, qalanları isə 18 yaşdan yuxarı şəxslərdir. Azərbaycan Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən, son illərdə sosial xidmət müəssisələrində təminat səviyyəsi daha da yaxşılaşdırılıb, bu müəssisələrdə, həmçinin Heydər Əliyev Fondunun “Uşaq evləri və internat məktəblərinin inkişafı” proqramı çərçivəsində sağlamlıq imkanları məhdud uşaqlar üçün 1 və 2 saylı sosial xidmət müəssisələrində müasir tələblərə uyğun yaşayış və xidmət şəraiti yaradılıb.

Ötən il evlərində tək yaşayan və yaşadıqları rayonda (şəhərdə) qanunla onları saxlamağa borclu övladları, yaxud valideynləri olmayan tənha ahıl və əlil vətəndaşlardan ibarət 11 min nəfər Dövlət Sosial Müdafiə Fondunun aidiyyəti rayon (şəhər) şöbələrinin sosial işçiləri tərəfindən səyyar formada sosial-məişət xidmətləri ilə təmin olunublar. Onlardan 8 700 nəfərini yaşı 70-dən yuxarı olan tənha ahıl insanlar, qalanlarını isə əlilliyi olan şəxslər təşkil edib. Sosial işçilər qanunvericilikdə nəzərdə tutulmuş qaydada tənha ahıl və əlil şəxslərin evlərində olaraq onlara təmizlik işlərinin aparılmasında, zəruri ərzaq, sənaye və məişət əşyalarının alınması və s. işlərdə köməklik göstəriblər.

2017-ci ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sosial sifarişləri əsasında qeyri-hökumət təşkilatları tərəfindən icra olunan layihələr üzrə isə 4100 nəfər çətin həyat şəraitində olan uşaq reabilitasiya yönümlü sosial xidmətlərə cəlb olunub. layihələr çərçivəsində həmin uşaqların dövlət uşaq müəssisələrinə düşməsinin qarşısının alınması, onların və ailələrinin sosial xidmətlərə çıxışının təmin edilməsi yönündə müvafiq işlər aparılıb.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 055 260 69 84, e-mail afn.news@mail.ru




Diqqətinizi çəkə biləcək digər xəbərlər
Zərdab sakinləri rayonda təhsilin vəziyyətindən narahatdırlar-

Zərdab sakinləri rayonda təhsilin vəziyyətindən narahatdırlar- prezidentə ŞİKAYƏT

Beş günlük körpə valideynləri tərəfindən tərk edilib-

Beş günlük körpə valideynləri tərəfindən tərk edilib- SUMQAYITDA+VİDEO

Cahangir Hacıyevin vəkilləri cəzalandırıldı

Cahangir Hacıyevin vəkilləri cəzalandırıldı

Prezident Vahid Ələkbərovla görüşüb

Prezident Vahid Ələkbərovla görüşüb

Nigar Camalın Dima Bilanla qalmaqallı klipi rekord vurdu-

Nigar Camalın Dima Bilanla qalmaqallı klipi rekord vurdu- VİDEO

Satışdakı xəz dərilərin 40 faizi

Satışdakı xəz dərilərin 40 faizi SAXTADIR!

Qərərgahdan alpinistlərin axtarışı ilə bağlı

Qərərgahdan alpinistlərin axtarışı ilə bağlı YENİ MƏLUMAT

Hərbi hissədə işgəncə görən erməni əsgər qaçıb

Hərbi hissədə işgəncə görən erməni əsgər qaçıb

Hərbi Məcəllənin MM-də müzakirəsi gözlənilir

Hərbi Məcəllənin MM-də müzakirəsi gözlənilir

Azərbaycanın tanınmış vəkilinin fəaliyyəti dayandırılıb

Azərbaycanın tanınmış vəkilinin fəaliyyəti dayandırılıb

Həzi Aslanovun anım mərasimi keçirilib-

Həzi Aslanovun anım mərasimi keçirilib- FOTOLAR

Çaylarda suyun səviyyəsi açıqlanıb

Çaylarda suyun səviyyəsi açıqlanıb

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur