Qadın təşkilatına il ərzində 1233 müraciət: Aralarında kişilər də var


Qadın təşkilatına il ərzində 1233 müraciət:


2017-ci il ərzində “Qadın Təşəbbüsü və Sosial Problemlərin Həllinə” Yardım İctimai Birliyinə 2 358 nəfər müraciət edib. Bu barədə təşkilatın ötənilki fəaliyyətinə dair hesabatında bildirilir.



Təşkilatın Sumqayıtdakı ofisinə müraciət edənlərin 1 233 nəfəri qadın, 1 125 nəfəri isə kişi olub.
Ofisə müraciət edən qadınların 988 nəfəri hüquqi xidmətdən, 245 nəfəri isə psixoloji xidmətdən yararlanmaq istəyib. Ofisə müraciət edən kişilərin 1112 nəfəri hüquqi xidmətdən, 13 nəfəri isə psixoloji xidmət istəyib.

Ofisə müraciət edən kişilərin əsas problemləri:

- nikahın ləğvi;
- uşaqlarla ünsiyyət;
- ünvanlı sosial yardımın alınması;
- bank məsələləri;
- əmlak məsələləri;
- əmək məsələləri;

Ofisə müraciət edən qadınların əsas problemləri:

- nikahın ləğvi və nikahın ləğvi zamanı uşağın ananın himayəsinə verilməsi, aliment, birgə əmlakın bölgüsü;
- nikahın ləğvindən sonra cehiz və qızıl əşyalarının geri alınması;
- məhkəmə qərarı olmasına baxmayaraq alimentin ödənilməməsi (məhkəmə qətnaməsinin icra edilməməsi);
- ünvanlı sosial yardımın alınması;
- ailədaxili zorakılığın qurbanı kimi müvafiq orqanlara müraciətlər;
- qanunsuz olaraq işdən çıxarılma və s.

Təşkilat bütün müraciət edən şəxslərə davamlı və keyfiyyətli psixoloji, hüquqi xidmət göstərib. Hüquqi xidmətlərin təşkili nəticəsində

- Sumqayıt şəhər İcra Hakimiyyəti tərəfindən ailədaxili zorakılığın qurbanı olmuş 3 qadına qısamüddətli mühafizə orderinin alınması mümkün olub.
- Alimentin ödənilməsinə dair icra edilməyən 38 məhkəmə qətnaməsinin mərhələli şəkildə icrasına nail olunub.
- Qanunsuz olaraq işdən çıxarılmış 4 qadın, 8 kişi yenidən əvvəlki işinə bərpa edilib.
- İş yerindən əmək haqqını ala bilməyən 1 kişi, 5 qadının əmək haqqı alınaraq onlara verilib.
- Qadına qarşı ailədaxili zorakılıq göstərmiş 5 kişinin inzibati, 1 kişinin isə cinayət məsuliyyətinə cəlb edilməsi mümkün olub.
- Ailədaxili zorakılığın qurbanı olmuş 2 qadına dəymiş maddi və mənəvi ziyan ödənilib.
- Nikahın ləğvi zamanı uşaqların ananın himayəsinə verilməsini, alimentin qanunvericiliyin tələblərinə uyğun məbləğdə müəyyən edilməsini, birgə əmlakın bolgüsünü, cehiz və qızıl əşyalarının qadına geri qaytarılmasını təmin etmək məqsədilə il ərzində 76 qadın hüquqşunasla məhkəmədə təmsil edilib.

Psixoloji xidmət çərçivəsində müraciət edən şəxslərlə fərdi və qrup məşğələləri təşkil edilib. Təşkil edilmiş xidmətlərin yekununda təşkil edilmiş xidmətlərin keyfiyyəinə dair anonim sorğular keçirilib. Respondentlərin 76%-i təşkil edilmiş xidmətlərin keyfiyyətini “yüksək”, 22% - i “yaxşı”, yalnız 2%-i “orta” qiymətləndirib.
Məlumat üçün bildirək ki, “Qadın Təşəbbüsü və Sosial Problemlərin Həllinə Yardım” İctimai Birliyi 2003-cü ildə yaradılıb, 2005-ci ildə isə dövlət qeydiyyatından keçib. Təşkilat Sumqayıt şəhərində fəaliyyət göstərir. Təşkilat öz fəaliyyətilə Sumqayıt şəhəri və yaxın 12 şəhər və rayonu əhatə edir. Təşkilat Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Daxili İşlər Nazirliyi, Beynalxalq Miqrasiya Təşkilatı və sair qurumlarla sıx əməkdaşlıq edir. Əməkdaşlıq edilən qurumlardan Sumqayıt şəhər İcra Hakimiyyətini də xüsusi ilə qeyd etmək lazımdır.
Təşkilat son illər insan alverinə və ailədaxili zorakılığa qarşı mübarizə sahəsində çalışamağa daha çox üstünlük verir. 20017-ci il ərzində də insan alverinə qarşı mübarizə və ailədaxili zorakılığa qarşı mübarizə sahəsində tədbirlər həyata keçirilib. Təşkilat qeyd edilən sahələrdə fəaliyyətini pulsuz hüquqi, psixoloji və sosial işçi xidmətin təşkili, insan alverinə və ailədaxili zorakılığa qarşı mübarizə sahəsində çalışan mütəxəssislərin bilik və bacarıqlarının artırılması, dövlət orqanlarının bu sahəyə diqqətinin artırılması üçün tədbirlərin təşkili ilə həyata keçirir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu