3 mindən çox azərbaycanlı xaricdə dini təhsil alıb


3 mindən çox azərbaycanlı xaricdə dini təhsil alıb


"Xaricdə dini təhsil alan azərbaycanlıların sayı 3 min nəfərdən çoxdur"

Bu barədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov bildirib. Onun sözlərinə görə, xaricdə dini təhsil alanlar özlərini doğrultmur.

"Onlar oradakı dini ideologiyaların təsirinə məruz qalır və həmin ölkələrdə hazırlanmış ədəbiyyatlardan istifadə edirlər. Din amili onların dövlət quruluşuna, milli mənəvi dəyərlərinə xidmət edir. Bu isə bizim milli mədəni dəyərlərimizə yaddır".

S.Heydərov qeyd edib ki, xaricdə dini təhsil alan arasında işləyənlər də var: "Onlar müvafiq yoxlamalar və attestasiyadan keçib. Bu gün qanun imkan verir ki, xaricdə dini təhsil alanlardan dini ayinlərin icrasında istifadə etmək olar. Lakin xaricdə dini təhsil alıb ölkədə dini ayinlərin icrasında işləyənlərin sayı elə çox deyil. Bu gün dini ayin icraçılarının əksəriyyəti Azərbaycanda dini təhsil almış şəxslərdir".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu