142 və 190 “Çağrı mərkəzləri” tərəfindən 15 mindən çox müraciət cavablandırılıb

Xəbərin çap versiyası
Tarix: 14-02-2018, 10:21    |    Xəbər oxunub: 804 dəfə
142 və 190 “Çağrı mərkəzləri” tərəfindən 15 mindən çox müraciət cavablandırılıb


Cari ilin yanvar ayında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 142 və 190 - “Çağrı mərkəzləri”nə vətəndaşlar tərəfindən əvvəlki ayla, yəni 2017-ci ilin dekabr ayı ilə müqayisədə 12,2 faiz az olmaqla, 15 236 müraciət daxil olub.



Vətəndaşların “Çağrı mərkəzləri”nə etdikləri hər bir müraciətin operativ şəkildə cavablandırılması təmin edilib. Müraciətlərin 96,7 faizi nazirliyin fəaliyyət sahələrinə aid məsələlərlə bağlı sorğulardan ibarət olub. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mütəxəssisləri tərəfindən bu sorğularla bağlı vətəndaşlara ətraflı hüquqi izahatlar verilib. “Çağrı mərkəzləri”nə daxil olan digər müraciətlər isə nazirliyin müvafiq struktur bölmələrində araşdırılıb və nəticələrinə uyğun tədbirlər görülüb. Eyni zamanda, vətəndaşların məlumatlandırılması məqsədilə yanvar ayı ərzində 38 896 sms göndərilib.

142 və 190 - “Çağrı mərkəzləri” tərəfindən sosial təminat növlərinə hüququn müəyyən edilməsi, pensiya və sosial müavinət məsələləri, əmək qanunvericiliyi, məşğulluğun təminatı, tibbi-sosial ekspertiza və reabilitasiya, nazirliyin elektron xidmətlərindən istifadə, sosial sığorta münasibətləri, məcburi dövlət sosial sığortası, fərdi uçotun təşkili və s. ilə bağlı müraciətlərin cavablandırılması təmin edilir. Eyni zamanda, 142 - “Çağrı mərkəzi” əlilliyin və sağlamlıq imkanları məhdudluğun müayinəsinin nəticəsi, ünvanlı dövlət sosial yardımının alınması üçün edilmiş müraciətə baxılmasının cari vəziyyəti barədə nazirliyin mərkəzləşdirilmiş informasiya sistemindən məlumat öyrənməyə, 190 - “Çağrı mərkəzi” isə avtomatlaşdırılmış qaydada pensiya təyinatının aparılmasına imkan verir.

Hər iki “Çağrı mərkəzi” canlı rejimdə həftənin iş günləri saat 9.00-dan 18.00-dək vətəndaşların xidmətindədir. Qeyri-iş günlərində isə vətəndaşların müraciətləri avtomatik rejimdə aidiyyəti üzrə standart formada cavablandırılır.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail [email protected]






Diqqətinizi çəkə biləcək digər xəbərlər
Rusiya Türkiyə aviaşirkətini 5,5 mln. rubl cərimə edib

Rusiya Türkiyə aviaşirkətini 5,5 mln. rubl cərimə edib

20 Yanvar faciəsindən 29 il ötür

20 Yanvar faciəsindən 29 il ötür

SOCAR-da son illərdə həyata keçirilən islahatlar açıqlanıb

SOCAR-da son illərdə həyata keçirilən islahatlar açıqlanıb

Azərbaycanda təcavüz qalmaqalı:

Azərbaycanda təcavüz qalmaqalı: Hakimdən bəraət, prokuror şikayətçidir-Təfərrüat

Dövlət Komitəsində 20 Yanvar faciəsinin ildönümü qeyd edilib-

Dövlət Komitəsində 20 Yanvar faciəsinin ildönümü qeyd edilib- FOTOLAR

Bakıda narkotik satan mütəşəkkil şəbəkə ifşa edilib-

Bakıda narkotik satan mütəşəkkil şəbəkə ifşa edilib- FOTOLAR

Bakıda müxalifətin mitinqi başlayıb

Bakıda müxalifətin mitinqi başlayıb

Ümumxalq hüzn günü münasibəti ilə qanvermə aksiyası keçirilib-

Ümumxalq hüzn günü münasibəti ilə qanvermə aksiyası keçirilib- FOTOLAR

İlham Əliyev Zimbabve prezidenti ilə görüşüb-

İlham Əliyev Zimbabve prezidenti ilə görüşüb- FOTOLAR

Daxili İşlər Nazirliyinin bəzi funksiyaları əlindən alınıb?-

Daxili İşlər Nazirliyinin bəzi funksiyaları əlindən alınıb?- Açıqlama

Məcburi köçkün uşaqları üçün Kodlaşdırma üzrə İntensiv Tədris Düşərgəsinə seçimlər başa çatıb

Məcburi köçkün uşaqları üçün Kodlaşdırma üzrə İntensiv Tədris Düşərgəsinə seçimlər başa çatıb

ASCO 20 Yanvar faciəsinə həsr olunan “Azadlıqla bitən SOS” adlı sənədli film hazırlayıb-

ASCO 20 Yanvar faciəsinə həsr olunan “Azadlıqla bitən SOS” adlı sənədli film hazırlayıb- VİDEO

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur