ƏƏSMN yanında İctimai şuranın yeni tərkibi seçilib- SİYAHI

Xəbərin çap versiyası
Tarix: 14-02-2018, 15:54    |    Xəbər oxunub: 542 dəfə
ƏƏSMN yanında İctimai şuranın yeni tərkibi seçilib-


Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai şuranın yeni tərkibdə üzvlüyünə təkrar seçkilər keçirilib.



Seçkilərin təşkili məqsədilə yaradılmış komissiyasının sədri, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparatının rəhbəri Əjdər Cəbiyev “İctimai iştirakçılıq haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq nazirlik yanında fəaliyyət göstərən İctimai şuranın aidiyyəti fəaliyyət sahələri üzrə hüquqi aktların qəbulunda, bu sahələrdə ictimai nəzarətin təşkilində vətəndaşların və vətəndaş cəmiyyəti institutlarının iştirakının təmin olunması məqsədinə xidmət etdiyini diqqətə çatdırıb.

Ə.Cəbiyev vurğulayıb ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai şuranın əvvəlki tərkibdə fəaliyyət müddətinin qanunvericiliyə uyğun olaraq başa çatması ilə əlaqədar şuranın 15 nəfərdən ibarət yeni tərkibdə üzvlüyünə seçkilərin təşkili məqsədilə 9 nəfərdən ibarət seçki komissiyası yaradılıb və seçkilərin keçirilməsi ilə bağlı elan verilib. Komissiya tərəfindən Şuraya üzv olmaq istəyən 49 nəfərin namizədliyi və səsvermədə iştirak üçün 184 QHT nümayəndəsi təsdiq edilib. Ümumilikdə isə səsvermədə iştirak üçün 233 nəfər nümayəndənin iştirakı təsdiqlənib.

06 fevral 2018-ci il tarixdə keçirilən ilk seçki zamanı namizədlərin İctimai şuraya üzv seçilməsi üçün müvafiq Əsasnamədə nəzərdə tutulan qaydada keçirilən səsvermə nəticəsində yalnız iki nəfər Şuraya üzv seçilib.

İctimai şuranın qalan 13 üzvünün də seçilməsi üçün keçirilən təkrar seçki vətəndaş cəmiyyəti institutlarının nümayəndələrinin fəallığı şəraitində keçib. Tədbirin yekununda səslər komissiya üzvlərinin iştirakı ilə hesablanıb. Nəticədə namizədlərdən daha 13 nəfər şuraya üzv seçilib. Beləliklə, səsvermənin nəticələri əsasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai şuranın 15 nəfərdən ibarət yeni tərkibini təşkil edəcək vətəndaş cəmiyyəti institutlarının nümayəndələri müəyyən olunub.

Həmin şəxslər aşağıdakılardır:

1. Rəhimli Davud Səid oğlu (Azərbaycan Respublikası Əlil Təşkilatları İttifaqının sədri)

2. Rizazadə İradə Bağır qızı (“Vətəndaşların Sosial Rifahı Naminə” İctimai Birliyinin sədri)

3. Əliyev Mayis Nəbi oğlu (”Sosial Hüquqların Araşdırılması” İctimai Birliyinin sədri)

4. Əsədov Ehtimad Savalan oğlu (“Qarabağ Qaziləri” İctimai Birliyinin sədri)

5. Həsənov Məmmədhəsən Murad oğlu (“Mina Qurbanlarının Sosial və İqtisadi Problemlərinin Həllinə Kömək” İctimai Birliyinin sədri)

6. Həsənov Mirhəsən Yusif oğlu (“Azərbaycan Cernobıl Əlilləri İttifaqı” İctimai Birliyinin sədri)

7. Kərimov Akif Meybulla oğlu (“Kür-Xəzər” xeyriyyə İctimai Birliyinin sədri)

8. Quliyev Zaur Yunis oğlu (“Beyləqan Gənclərinin Maarifləndirilməsi və Sosial İnkişafı” İctimai Birliyinin sədri)

9. Mehdiyev Mehdi İmdad oğlu (“Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri” İctimai Birliyinin sədri)

10. Mirzəyev Umud Rəhim oğlu (“Beynəlxalq Avrasiya Mətbuat Fondu”nun prezidenti)

11. Nuriyev Əliməmməd Mali oğlu (“Konstitusiya” Araşdırmalar Fondunun prezidenti)

12. Zeyni Rauf Xurşud oğlu (Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunun prezidenti)

13. Yusifova Şəhla Şərif qızı (“Jurnalist Qadınlar Assosiasiyası”nın vitse prezidenti)

14. Zeynalova Mehriban Heydərəli qızı (“Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri)

15. Salmanov Elçin Fikrət oğlu (“Azərbaycan Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası”nın sədr müavini)

Qeyri-hökumət təşkilatlarının rəhbərləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai şuranın yeni tərkibinə üzvlüyə namizədlərin müəyyən olunması və seçkilərin keçirilməsi prosesinin bərabər əsaslarla, şəffaf və ədalətli tərzdə keçirilməsindən razılıqlarını ifadə edib, İctimai şuranın yeni tərkibdə fəaliyyətinə uğurlar arzulayıblar.

ƏƏSMN yanında İctimai şuranın yeni tərkibi seçilib-

ƏƏSMN yanında İctimai şuranın yeni tərkibi seçilib-

ƏƏSMN yanında İctimai şuranın yeni tərkibi seçilib-

ƏƏSMN yanında İctimai şuranın yeni tərkibi seçilib-

ƏƏSMN yanında İctimai şuranın yeni tərkibi seçilib-

ƏƏSMN yanında İctimai şuranın yeni tərkibi seçilib-

ƏƏSMN yanında İctimai şuranın yeni tərkibi seçilib-

ƏƏSMN yanında İctimai şuranın yeni tərkibi seçilib-

ƏƏSMN yanında İctimai şuranın yeni tərkibi seçilib-

ƏƏSMN yanında İctimai şuranın yeni tərkibi seçilib-





AFN.az
Redaksiyamızla əlaqə: tel; 055 260 69 84, e-mail afn.news@mail.ru






Diqqətinizi çəkə biləcək digər xəbərlər
Şirvanda “Odessa” Teyyub güllələnib

Şirvanda “Odessa” Teyyub güllələnib

Millət vəkilindən

Millət vəkilindən "İdeal"ın rüsvayçı kampaniyası ilə bağlı maraqlı təklif

İstanbulda Xocalıya Ədalət Həftəsi başladı-

İstanbulda Xocalıya Ədalət Həftəsi başladı- FOTOLAR

DİN Xoşqədəmin verilişindəki iddialarla bağlı açıqlama:

DİN Xoşqədəmin verilişindəki iddialarla bağlı açıqlama: "Ucuz şoudur"

Xocalı uşaqların gözü ilə...

Xocalı uşaqların gözü ilə...

Bələdiyyə başqanı Qənirə Paşayevanın Azərbaycan küçəsi və Qarabağ parkı təklifini dəstəkləyib

Bələdiyyə başqanı Qənirə Paşayevanın Azərbaycan küçəsi və Qarabağ parkı təklifini dəstəkləyib

Beynəlxalq Federasiyaya azərbaycanlı rəhbər təyin olundu-

Beynəlxalq Federasiyaya azərbaycanlı rəhbər təyin olundu- FOTOLAR

3 ay əvvəl Qusarda itkin düşmüş 29 yaşlı qadın Xırdalanda tapıldı

3 ay əvvəl Qusarda itkin düşmüş 29 yaşlı qadın Xırdalanda tapıldı

Türk ordusu 1931 terrorçu məhv edib

Türk ordusu 1931 terrorçu məhv edib

Seçkiləri izləmək üçün 51 müşahidəçi qeydiyyatdan keçib

Seçkiləri izləmək üçün 51 müşahidəçi qeydiyyatdan keçib

560 minə yaxın şəxsin müavinətləri artırılacaq-

560 minə yaxın şəxsin müavinətləri artırılacaq- Açıqlama

Damlaya 35 milyonluq zərbə:

Damlaya 35 milyonluq zərbə: işçisini polisə verdi

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur