Yanvar ayında əlavə olaraq 18770 nəfərə fərdi şəxsi hesab açılıb


Yanvar ayında əlavə olaraq 18770 nəfərə fərdi şəxsi hesab açılıb


Cari ilin yanvar ayında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun fərdi uçot sistemində əlavə olaraq 18770 nəfərə fərdi şəxsi hesab açılıb.



Beləliklə də, 01 ferval 2018-ci il tarixə Fondun fərdi uçot sistemində qeydiyyata alınan sığortaolunanların sayı ötən ilin müvafiq dövrü (3 393 453 nəfər) ilə müqayisədə 192 062 nəfər artaraq 3 585 515 nəfərə çatıb.

Fərdi uçot sistemi 2006-cı ildən Azərbaycanda qurulmuş müasir sığorta-pensiya sisteminin mühüm tərkib hissəsi kimi fəaliyyət göstərməklə, işləyən şəxslərin sosial müdafiə hüquqlarının formalaşması üçün onların fərdi şəxsi hesaba malik olmalarına imkan verib. Həmin hesabda məcburi dövlət sosial sığorta haqları formasında toplanan pensiya kapitalı şəxsin gələcək sosial müdafiə hüququnun reallaşmasında əsas rolunu oynayır.

Ölkədə pensiya təminatı kimi, sığortaolunanlar üzrə ödənilən və onların fərdi uçot sistemindəki fərdi hesablarının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı məbləğlərinin də hər il indeksləşdirilərək artırılması təmin olunur. Azərbaycan Respublikası Prezidentinin 09 fevral 2018-ci il tarixli “Əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi haqqında” Sərəncamı ilə cari ildə də bu sahədə müvafiq artım edilib.

Sərəncama əsasən, əmək pensiyalarının məbləği ilə bərabər, fərdi uçot sistemindəki fərdi hesabların sığorta hissəsində qeydə alınmış pensiya kapitalı məbləğləri də 2017-ci ilin orta aylıq nominal əmək haqqının illik artım tempinə uyğun olaraq, 2018-ci il yanvarın 1-dən indeksləşdirilərək 5,7 faiz artırılıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu