Təhsil Nazirliyindən kurikulumun ləğvi ilə bağlı AÇIQLAMA


Təhsil Nazirliyindən kurikulumun ləğvi ilə bağlı


Bəzən elə qələmə verilir ki, kurikulum ləğv olunur. Ancaq bu, belə deyil.



Bunu Təhsil Nazirliyinin Təhsilin inkişafı proqramları şöbəsinin müdiri Emin Əmrullayev deyib.

E.Əmrullayevin sözlərinə görə, kurikulum üzrə dövlət standartları 5 ildən bir qəbul olunur.

Şöbə müdiri qeyd edib ki, orta ümumtəhsil müəssisələri üçün yeni hazırlanan kurikulum layihəsi artıq ictimai müzakirəyə təqdim olunub:

"Hazırda işlər son mərhələdədir. Yəqin ki, yaxın gələcəkdə biz bunu Nazirlər Kabinetinə təsdiq üçün təqdim edəcəyik. Bu layihə hazırkı kurikulum sənədindən əsaslı şəkildə fərqlənmir. Yeni layihədə də fənlərin, fənn saatlarının sayı dəyişilməyib. Sadəcə olaraq dəyərlər sistemi, kompetensiyalar dəyişib". (Trend)



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu