Azərbaycanda silinəcək borcların məbləği açıqlandı


Azərbaycanda silinəcək borcların məbləği açıqlandı


“Hesabat məlumatlarına istinad etsək, deyə bilərik ki, 1 yanvar 2006-cı ilə qədər məcburi dövlət soial sığorta haqları üzrə 200 milyon manata yaxın borc var. Bu borcların 50 faizi ödənilib. 1 yanvar 2018-ci il tarixə qədər 100.2 milyon manat əsas borc qalır”

Bunu Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsi və Əmək və sosial siyasət komitəsinin birgə iclasında “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İdris İsayev deyib.

Nazir müavini bildirib ki, qanun layihəsi qəbul edildikdə 1 yanvar 2006-c ilə qədər yaranan və 1 aprel 2018-ci ilə qədər ödənilməyən 100 milyon manat vəsaiti silmək imkanımız olacaq.

“Yəni bu vəsait sığortaedənlərimizdən tələb olunmayacaq. Vəsaitləri onsuz da ümidsiz borclar siyahısına aid etmişdik”, -deyə nazir müavini bildirib.

Qeyd edək ki, bu qanun layihəsi Milli Məclisə Prezident İlham Əliyevin imzası ilə daxil olub.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu