Babək prospektində magistral su xətləri yenilənir

Xəbərin çap versiyası
Tarix: 23-02-2018, 16:03    |    Xəbər oxunub: 752 dəfə
Babək prospektində magistral su xətləri yenilənir


Paytaxtın əsas magistral yollarından sayılan Babək prospektində yol infrastrukturunun yenilənməsi ilə əlaqədar aparılan əsaslı təmir-tikinti işləri çərçivəsində ərazidən keçən mövcud magistral su xətləri yenilənir.

"Azərsu" ASC-nin mətbuat xidmətindən AFN-ə verilən məlumata görə, Babək prospektində icra olunan layihə 2035-ci ilə perspektiv inkişaf nəzərə alınmaqla Abşeron yarımadasının su təchizatı, kanalizasiya və yağış sularının idarə olunması üzrə Master Plan çərçivəsində həyata keçirilir. Layihəyə əsasən, Babək prospekti boyunca 1000 və 800 mm polad borularla 7 km uzunluğunda əsas magistral, prospektin sağ və sol hissəsi ilə polietilen borularla 11 km uzunluğunda paylayıcı kəmərlər çəkilir. Bu kəmərlərdən ətraf küçələrə çıxışlar veriləcək, bütün evlər və obyektlər yeni şəbəkəyə qoşulacaq.

Layihə çərçivəsində +41 Şərq anbarında əsaslı yenidən qurma işləri görüləcək. Su ehtiyatlarının optimal idarə edilməsi məqsədilə + 41 Şərq anbarı ilə + 82 Şərq su anbarını əlaqələndirən 700 mm diametrli yeni magistral xəttin inşası da nəzərdə tutulur.

Prospektdə görüləcək işlər çərçivəsində yolu bir neçə yerdə kəsib keçən mövcud xətlər ləğv ediləcək və onların yeni tikilən kəmərlərə qoşulması təmin ediləcək.

Layihə çərçivəsində Babək prospekti boyunca istismar müddətini başa vurmuş və tez-tez qəzaların baş verdiyi 2 çuqun və 1 polad magistral su xəttinin fəaliyyəti dayandırılacaq. Prospekt boyunca qurulacaq yeni sistem Bakı buxtasının şimal və şərq hissəsində böyük bir ərazini, eyni zamanda yeni salınan “Ağ şəhər”də və ona yaxın ərazilərdə əhalinin dayanıqlı və fasiləsiz su təchizatına, eləcə də istehlakçılara göstərilən xidmətin keyfiyyətinin yüksəlməsinə gətirib çıxaracaq.

Babək prospektində nəqliyyatın intensiv hərəkəti nəzərə alınaraq hazırda 5 nöqtədə tikinti-quraşdırma işləri davam etdirilir. İndiyə qədər 5 km-dən çox boru qaynaq edilərək torpağa basdırılıb. Su xətlərinin çəkilişinin cari ilin may ayında başa çatdırılması planlaşdırılır.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail afn.news@mail.ru






Diqqətinizi çəkə biləcək digər xəbərlər
Fransa nümayəndə heyəti Cocuq Mərcanlıya səfər edib

Fransa nümayəndə heyəti Cocuq Mərcanlıya səfər edib

Fəal qadınlarımız və araşdırmaçı-yazar Sara Pourun iştirakı ilə

Fəal qadınlarımız və araşdırmaçı-yazar Sara Pourun iştirakı ilə "Uğurun açarı-Özgüvən" adlı tədbir keçirildi

Yeni klipini təqdim edən Mələkdən iddialı sözlər:

Yeni klipini təqdim edən Mələkdən iddialı sözlər: Heç vaxt bayağı mahnılar oxumayacam-VİDEO+FOTO

Sabah Lənkəranda içməli suyun verilməsi dayandırılacaq

Sabah Lənkəranda içməli suyun verilməsi dayandırılacaq

ETSN hər kəsi “Caspian Ecology” 9-cu Azərbaycan Beynəlxalq Ətraf Mühit Sərgisinə dəvət edir

ETSN hər kəsi “Caspian Ecology” 9-cu Azərbaycan Beynəlxalq Ətraf Mühit Sərgisinə dəvət edir

Yüksək Texnologiyalar Parkında startapçılar ABŞ-ın müvəqqəti işlər vəkili ilə görüşüb

Yüksək Texnologiyalar Parkında startapçılar ABŞ-ın müvəqqəti işlər vəkili ilə görüşüb

Yüksək Texnologiyalar Parkında startapçılar ABŞ-ın müvəqqəti işlər vəkili ilə görüşüb

Yüksək Texnologiyalar Parkında startapçılar ABŞ-ın müvəqqəti işlər vəkili ilə görüşüb

Polşadakı ermənilərdən təxribat:

Polşadakı ermənilərdən təxribat: Azərbaycan diaspor təşkilatı hərəkətə keçdi

Qənirə Paşayeva MM-də bir qrup şəhid ailəsinin təkliflərini səsləndirdi-

Qənirə Paşayeva MM-də bir qrup şəhid ailəsinin təkliflərini səsləndirdi- VİDEO

Abel Məhərrəmovun işdən çıxarılması xəbəri  təsdiqləndi-

Abel Məhərrəmovun işdən çıxarılması xəbəri təsdiqləndi- SƏRƏNCAM

“Renessans Palace”da payız kampaniyası davam edir

“Renessans Palace”da payız kampaniyası davam edir

“Caspian Ecology” 9-cu Azərbaycan Beynəlxalq Ətraf Mühit Sərgisi davam edir

“Caspian Ecology” 9-cu Azərbaycan Beynəlxalq Ətraf Mühit Sərgisi davam edir

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur