Üç yaşlı uşaq su quyusuna düşərək öldü


Cəlilabada azyaşlı uşaq faciəli şəkildə ölüb.

APA-nın cənub bürosunun məlumatına görə, hadisə rayonun Sabirabad kəndində alınıb.

Kənd sakini, 2012-ci il təvəllüdlü Hüseyn Elçin oğlu Ağalarov ehtiyatsızlıqdan evlərinin yaxınlığındakı su hövzəsinə düşərək boğulub.

Faktla bağlı Cəlilabad rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu