Nazirlik bu şirkətlərə müraciət etdi


Nazirlik bu şirkətlərə müraciət etdi


Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi (AEM) bioloji fəallığa malik qida əlavələrini idxal edən şirkətlərə (BFMQƏ) müraciət edib.



"Ölkə.Az"ın xəbərinə görə, müraciətdə bildirilir ki, bioloji fəallığa malik qida əlavələrinin dərman vasitələri ilə eyni tərkibli olub - olmamasını müəyyən etmək məqsədi ilə bioloji fəallığa malik qida əlavələri AEM tərəfindən ekspertizadan keçirilir.

Müraciətdə qeyd olunur ki, ekspertizanın qısa müddət ərzində aparılması üçün BFMQƏ haqqında Azərbaycan dilində istehsalçının məlumatları, istehsalçının adı, ölkəsi, ünvanı, onun əmtəə nişanı, BFMQƏ-nin əmtəə (patentləşdirilmiş) nişanı, FMQƏ-nin forması, qablaşdırmada olan BFMQƏ-nin dozası, aktiv komponentlərin və köməkçi maddələrin beynəlxalq adı və kəmiyyət tərkibi göstərilməklə siyahısı, saxlanma şəraiti, seriyası, yararlılıq müddəti və digər zəruri sənədlər ərizə ilə birlikdə məhsul idxal olunmamışdan əvvəl Mərkəzə təqdim edilməlidir: "Əks halda ekspertiza rəyinin verilməsində yaranacaq problemlərə görə idxalçı şirkət məsuliyyət daşıyacaq. Bütün sənədlər kağız və elektron formada təqdim edilməlidir. Ekspertizanın keçirilməsi məqsədilə BFMQƏ-nin satış üçün nəzərdə tutulmuş formada 3 (üç) nümunəsi təqdim olunmalıdır. Ekspertizanın nəticəsindən asılı olmayaraq, təqdim edilmiş sənəd və nümunələr ərizəçiyə geri qaytarılmır”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu