JTI şirkəti Avropa və Asiya-Sakit Okean Regionunda “1-ci Dərəcəli Ən Yaxşı İşəgötürən” seçilib


JTI şirkəti Avropa və Asiya-Sakit Okean Regionunda “1-ci Dərəcəli Ən Yaxşı İşəgötürən” seçilib


JTI (Japan Tobacco International) şirkəti işçilər üçün yaratdığı mükəmməl şəraitə görə yenidən “1-ci Dərəcəli Ən Yaxşı İşəgötürən” adı qazanıb.



AFN-in xəbərinə görə, “Top Employer Institute” (Ən Yaxşı İşəgötürənlər İnstitutu) tərəfindən aparılmış müstəqil araşdırmanın nəticələri şirkətin öz əməkdaşlarının qayğısına xüsusilə yaxşı qaldığını göstərir.

JTI öz əməkdaşlarının inkişafına verdiyi əhəmiyyəti nümayiş etdirərək, Azərbaycan, Avropa və Asiya-Sakit Okean Regionu üzrə 2018-ci il üçün “1-ci Dərəcəli Ən Yaxşı İşəgötürən” Mükafatına layiq görülüb.

"Top Employer Institute" qurumu tərəfindən hər il keçirilən araşdırma öz işçiləri üçün mükəmməl şərait yaradan, təşkilatın bütün səviyyələrində istedadları yetişdirən və inkişaf etdirən və işə götürmə təcrübələrini davamlı olaraq optimallaşdırmağa çalışan bir şirkət kimi dünyanın aparıcı işəgötürənlərini müəyyən edir. JTI Avropa və Asiya-Sakit Okean Regionunun müxtəlif ölkələrində bu mükafatı qazanan seçilmiş şirkətlərdən biri olub. Şirkət bu regionla yanaşı, digər ölkələrdə də bu ada layiq görülüb.

Ən yaxşı işəgötürənlərin müəyyənləşdirilməsi prosesində iştirak edən şirkətlər tələb edilən yüksək standartlara cavab verməlidir. Yalnız bir regionun ən azı dörd ölkəsində həmin standartlara cavab verən qurumlar Ən yaxşı işəgötürən adına layiq görülür. Müstəqil araşdırma mükafat qazanan şirkətlərin bütün iştirakçı ölkələrdə işçilər üçün mükəmməl şərait yaratdığını təsdiq etmişdir. Bu, JTI şirkətinə mükafat qazanan şirkətlər arasında yer tutmağa kömək edib.

"Top Employer Institute" JTI şirkətinin işçilər üçün yaratdığı şəraiti aşağıdakı meyarlar əsasında qiymətləndirmişdir:

• İstedadların İdarə Edilməsi Strategiyası
• İşçi Qüvvəsinin Planlaşdırılması
• Yeni İşçilərin Uyğunlaşdırılması
• Təlim və İnkişaf
• Məhsuldarlığın İdarə Edilməsi
• Yüksək vəzifəli kadrların hazırlanması
• Karyera və vəzifə üzrə vərəsəliyin İdarə Edilməsi
• Təzminat və Mükafatlandırma
• Korporativ Mədəniyyət

“JTI Qafqaz”-ın Baş müdiri Aleksandr Piçka deyib: “JTI olaraq biz öz əməkdaşlarımızın qayğısına qalırıq. Biz bu gün sabahı fikirləşərək tədbir görürük. Biz işçilərimiz qarşısında tam öhdəlik götürərək, onlara kəşf etmək və inkişaf etmək imkanları təmin edən iş yeri yaradıb, gələcəyə davamlı şəkildə sərmayə qoyuruq. Biz onların uğur qazanaraq, peşəkarcasına inkişaf etdiyini görməyə şad oluruq. Biz fəxr edirik ki, şirkətimiz Avropa və Asiya-Sakit Okean Regionuna 1-ci Dərəcəli Ən Yaxşı İşəgötürən seçilib”.

"Top Employers Institute" qurumunun baş icraçı direktoru David Plink bildirib: “Bizim hərtərəfli araşdırmamız JTI şirkətinin bütün dünyada əmək şəraitlərini yaxşılaşdıran seçilmiş işəgötürən qrupuna aid olduğunu aşkara çıxarıb. Şirkət əməkdaşlarına yüksək səviyyəli qayğı göstərilir. “Avropa və Asiya-Sakit Okean Regionunda Ən Yaxşı İşəgötürən 2018” mükafatına layiq görüldükləri üçün onlar artıq özlərini həqiqətən dünyanın ən yaxşı işəgötürənlərindən ibarət qrupun lideri hesab edə bilərlər. Bu, qeyd olunacaq bir səbəbdir!”

JTI şirkəti haqqında

JTI şirkəti aparıcı beynəlxalq tütün istehsalçısı olan "Japan Tobacco" Şirkətlər Qrupunun üzvüdür. Şirkət Winston, Camel, Sobranie, LD və Winchester kimi brendlər istehsal edir. Baş qərargahı İsveçrənin Cenevrə şəhərində olan və 120-dən artıq ölkədə fəaliyyət göstərən JTI şirkətinin bütün dünya üzrə təxminən 40000 işçisi var. Azərbaycanda şirkətin 70-ə yaxın işçisi var.

Ətraflı məlumat üçün www.jti.com ünvanına daxil olun.
Karyera imkanları üçün www.jobs.jti.com ünvanına daxil olun.

Əlavə məlumat üçün əlaqə saxlayın:
JTI İnsan resursları bölməsi
Telefon: +99532 2 604111 (2151)



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu