Naizrlik səhv etiketlənmiş dərmanlarla bağlı araşdırmaya başladı


Səhiyyə Nazirliyi sosial şəbəkələrdə Azərbaycanda bəzi dərmanların-"Pereqidrol" (30%) və "Kalsium xlorid" dərmanlarına etiketlərinin səhv vurulması ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

Nazirliyin mətbuat xidmətinin rəhbəri Anar Qədirli APA-ya açıqlamasında bildirib ki, məsələ araşdırılacaq və nəticə məlum olduqdan sonra hər hansı məlumat veriləcək. Onun sözlərinə görə, hələlik bununla bağlı nazirlikdə heç bir məlumat yoxdur: “Bu vaxta kimi bu dərmanların satışdan çıxarılması ilə bağlı Səhiyyə Nazirliyi tərəfindən apteklərə heç bir göstəriş verilməyib. Hadisə nəticəsində iki uşağın ölməsi ilə bağlı məlumatlar da bizə məlum deyil. Bütün məsələlər araşdırılıb dəqiq məlumat əldə olunandan sonra ictimaiyyətə geniş məlumat veriləcək”.
Qeyd edək ki, sosial şəbəkələrdə yayılan məlumatlarda bildirilib ki, bu dərmanların etiketləri səhv vurulub. Bu səhv nəticəsində artıq 2 uşaq ölümü qeydə alınıb. Dərmanların apteklərdən yığışdırılması ilə bağlı Səhiyyə Nazirliyinin apteklərə müvafiq xəbərdarlıq edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail:office@afn.az




menyu
menyu