56 rayon və şəhərdə əmək yarmarkaları keçiriləcək

Xəbərin çap versiyası
Tarix: 16-04-2018, 16:37    |    Xəbər oxunub: 870 dəfə
56 rayon və şəhərdə əmək yarmarkaları keçiriləcək


Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin 2018-ci il üzrə İş Planına uyğun olaraq, bu il respublikamızın 56 rayon və şəhərində əmək yarmarkalarının keçirilməsi planlaşdırılır.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AFN-ə verilən məlumata görə, işaxtaran və işsiz vətəndaşların münasib işlə təmin olunması məqsədinə yönələn bu aktiv məşğulluq tədbirlərinin təşkili ilə əlaqədar işəgötürənlərlə əməkdaşlıq şəraitində müvafiq hazırlıq işləri aparılır. Yarmarkalar zamanı müvafiq rayon və ya şəhər üzrə idarə, müəssisə və təşkilatlarda olan boş (vakant) iş yerləri işaxtaran və işsiz vətəndaşlara təklif olunacaq. Həmin vətəndaşlara seçdikləri və peşə bacarıqlarına, əmək vərdişlərinə uyğun vakant iş yerlərinə göndərişlər veriləcək. Eyni zamanda, peşə hazırlığı və əlavə təhsil kurslarına, ödənişli ictimai işlərə cəlb olunmaq istəyənlərin qeydiyyatı aparılacaq.

Dövlət Məşğulluq Xidmətinin Əmək Birjalarının fəaliyyət göstərdiyi şəhərlərdə keçirilən əmək yarmarkalarında isə müvəqqəti xarakterli işlərlə təmin olunmaq istəyən vətəndaşlar üçün həmin Birjaların iştirakı da təmin ediləcək.

Cari il ərzində həmçinin ölkəmizin təqribən 10 ali təhsil müəssisəsində tələbə və məzunlar üçün “Karyerada ilk addım” devizi altında aktiv məşğulluq tədbirlərinin təşkili də nəzərdə tutulub.

Xatırladaq ki, ötən il respublikamızın rayon və şəhərlərində keçirilən əmək yarmarkaları zamanı vakant iş yerlərinə göndəriş verilən vətəndaşlardan 90 faizə qədəri həmin iş yerlərində işlə təmin ediliblər.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail afn.news@mail.ru






Diqqətinizi çəkə biləcək digər xəbərlər
İcra başçısının korteji narazılığa səbəb oldu-

İcra başçısının korteji narazılığa səbəb oldu- Bir polis, 10 mülki avtomobil...+VİDEO

DİDK-da ulu öndərin xatirəsi anılıb

DİDK-da ulu öndərin xatirəsi anılıb

Dövlət Komitəsinin kollektivi ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib-

Dövlət Komitəsinin kollektivi ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib- FOTOLAR

ETSN-in kollektivi Ulu Öndər Heydər Əliyevin xatirəsini yad edib

ETSN-in kollektivi Ulu Öndər Heydər Əliyevin xatirəsini yad edib

BNA kollektivi ümummilli lider Heydər Əliyevin məzarını ziyarət ediblər-

BNA kollektivi ümummilli lider Heydər Əliyevin məzarını ziyarət ediblər- FOTOLAR

Dövlət Miqrasiya Xidmətində Ulu öndər Heydər Əliyevin xatirəsi yad edilib

Dövlət Miqrasiya Xidmətində Ulu öndər Heydər Əliyevin xatirəsi yad edilib

“Nar”-dan Yeni il ərəfəsində sərfəli rominq təklifləri

“Nar”-dan Yeni il ərəfəsində sərfəli rominq təklifləri

Bu gün qüdrətli Azərbaycan Ulu Öndərin sayəsində dünyada öz layiqli yerini tutur

Bu gün qüdrətli Azərbaycan Ulu Öndərin sayəsində dünyada öz layiqli yerini tutur

Şahbaz Quliyev və Dilqəm Əsgərov sərbəst buraxıla bilər

Şahbaz Quliyev və Dilqəm Əsgərov sərbəst buraxıla bilər

DİN şəhidlərin ruhuna hörmətsizlik edən gənci araşdırır-

DİN şəhidlərin ruhuna hörmətsizlik edən gənci araşdırır- VİDEO

Kiçik sahibkarlar üçün sürətli amortizasiya tətbiq olunur

Kiçik sahibkarlar üçün sürətli amortizasiya tətbiq olunur

Tanınmış jurnalistdən Heydər Əliyevin xatirəsinə

Tanınmış jurnalistdən Heydər Əliyevin xatirəsinə VİDEOÇARX

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur