Rep ifaçısından xeyriyyə aksiyasına dəstək


Rep ifaçısından xeyriyyə aksiyasına dəstək


Məşhur rep ifaçısından xeyriyyə aksiyasına dəstək gəlib.

AFN xəbər verir ki, bir qrup gənc tərəfindən qaraciyər çatışmazlığından əziyyət çəkən Tural Hacıyev üçün “Onu SƏN Yaşat” devizi altında həyata keçirilən aksiya çərçivəsində başlanan estafetə gənclərin sevimlisi Ramil Nabrandan da dəstək gəlib. Belə ki, o, estafeti qəbul edib və digər məşhurlara ötürərək instagram hesabında paylaşıb.

Xatırladaq ki, xeyriyyə aksiyasının təşkilatçısı bir qrup gənc tərəfindən yaradılmış, köməyə ehtiyacı olan insanlarla xeyirxah insanların birgə platforması olan xeyirxah.com saytıdır. Gənclər bildirib ki, aksiya çərçivəsində müxtəlif işlərin görülməsi nəzərdə tutulub.

Turala yardım etmək istəyənlər üçün bank hesabı nömrəsini qeyd edirik:

Bank Respublikada hesab nömrəsi: 380194400160668401
Şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi: AZE № 08511526
“Milli ÖN” və “E-Manat” ödəmə nöqtələrindən ianə etmək mümkündür.
Ətraflı: www.xeyirxah.com


Rep ifaçısından xeyriyyə aksiyasına dəstək



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu