Autizmli uşaqlar podiuma çıxdılar FOTOLAR


Autizmli uşaqlar podiuma çıxdılar


YARAT Müasir İncəsənət Mərkəzində autizm sindromlu uşaqların iştirakı ilə moda nümayişi keçirilib. "Autizm – Fərqli və Bizdən Biri" adlı tədbir “Birgə və Sağlam" İctimai Birliyinin və "Ümid var" xeyriyyə cəmiyyətinin təşkilatçılığı, "AS Qrup İnvestment" şirkətlər qrupunun baş sponsorluğu ilə təşkil olunub.

Hər zaman böyük qayğıya ehtiyacı olan autizmli uşaqlar podiuma çıxaraq yaz-yay kolleksiyasından geyimlər təqdim etdilər. Autizm sindromlu uşaqlar üçün inanılmaz nailiyyət sayılan bu layihə "Birgə və Sağlam" ictimai birliyinin reabilitasiya mərkəzindən 20 uşaqla gerçəkləşdirildi.

Tədbir boyu qonaqlara "Autizm nədir?" sualına cavab tapmaları üçün müxtəlif qısametrajlı filmlər göstərildi, autizmi anladan bukletlər paylanıldı. Ətrafındakı insanlardan anlayış, sevgi, qayğı gözləyən bu uşaqların cəmiyyətə inteqrasiyası, sosiallaşması baxımından da tədbir mühüm əhəmiyyət kəsb edir.

Moda nümayişilə bərabər pianoda ifa və xor şəklində müxtəlif mahnıları səsləndirərək autizmli uşaqlar qonaqlara “biz də cəmiyyətin ayrılmaz parçasıyıq” mesajını verməyə çalışdılar.

Tədbirdə əməkdar artist Tünzalə Ağayeva, modelyer Gülnarə Xəlilova və bir sıra başqa ictimai şəxslər iştirak edərək autizmlu uşaqların yanında olduqlarını göstərdilər. Moda nümayişindən əldə olunan vəsait "Birgə və Sağlam" ictimayi birliyinin reabilitasiya mərkəzinin imkansız ailələrinin autizmli uşaqlarının təhsilinə sərf olunacaq.

Öz korporativ sosial məsuliyyət anlayışı ilə seçilən “AS Qrup İnvestment” isə tədbirə autizm sindromlu uşaqlar üçün nəzərdə tutulmuş xüsusi hədiyyələri ilə dəstək oldu.

Autizmli uşaqlar podiuma çıxdılar

Autizmli uşaqlar podiuma çıxdılar

Autizmli uşaqlar podiuma çıxdılar

Autizmli uşaqlar podiuma çıxdılar

Autizmli uşaqlar podiuma çıxdılar

Autizmli uşaqlar podiuma çıxdılar

Autizmli uşaqlar podiuma çıxdılar

Autizmli uşaqlar podiuma çıxdılar



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu