Təzə təyin edilən komitə sədri 100 yaşlı Böyük Vətən müharibəsi veteranına baş çəkib FOTOLAR


Təzə təyin edilən komitə sədri 100 yaşlı Böyük Vətən müharibəsi veteranına baş çəkib


Mayın 8-ində Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev 100 yaşlı müharibə veteranı ilə görüşüb.

Komitənin mətbuat xidmətindən AFN-ə verilən məlumata görə, qurumun sədr müavinləri Gəray Fərhadov, Fuad Hüseynov, Cəbrayıl rayon İcra Hakimiyyəti başçısının müavini Arif Fərzəliyevin müşayəti ilə Böyük Vətən müharibəsi veteranı, 1918-ci ildə anadan olmuş Cəbrayıl rayonundan məcburi köçkün, I qrup əlil Əliyev Famil Abbas oğlu ilə görüşüb. Komitə sədri Böyük Vətən müharibəsi iştirakçısının yaşayış şəraiti, səhhəti, qayğıları və keçdiyi döyüş yolu ilə maraqlanıb. A.Əliyev yaşayış şəraitinin ağırlığından danışıb. Rövşən Rzayev prezident İlham Əliyevin Böyük Vətən müharibəsi iştirakçılarına və məcburi köçkünlərin vəziyyətinin yaxşılaşdırılması yönündə mühüm işlər gördüyünü vurğulayıb. Qeyd edib ki, sizin müraciətinizi nəzərə alaraq yaxın günlərdə mənzil şəraitinizin yaxşılaşdırılması üçün sizə təkliflər veriləcək.

Əliyev Famil Abbas oğlu ona göstərilən diqqət və qayğıya görə təşəkkür edib.

Təzə təyin edilən komitə sədri 100 yaşlı Böyük Vətən müharibəsi veteranına baş çəkib

Təzə təyin edilən komitə sədri 100 yaşlı Böyük Vətən müharibəsi veteranına baş çəkib

Təzə təyin edilən komitə sədri 100 yaşlı Böyük Vətən müharibəsi veteranına baş çəkib

Təzə təyin edilən komitə sədri 100 yaşlı Böyük Vətən müharibəsi veteranına baş çəkib



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu