Sabiq nazirdən şikayət: "Onun tapşırığı ilə..."
"Sabiq Nəqliyyat Naziri Ziya Məmmədovun kadrı və yaxın adamı olan Azərbaycan Dəmir Yolları QSC-nin Yevlax 9 saylı İRS sahəsinin rəisi Abbas Hüseynov beşi azyaşlı olmaqla 9 nəfərlik ailəmin çörəyinə bais olub".
Belə bir şikayətlə AFN-in redaksiyasına müraciən edən Ucar rayonu Mirzağa Əliyev küçəsi ev 11 sakini Məmmədova Məlahət Eyyub qızı bildirir ki, Azərbaycan Dəmir Yolları QSC-nin Yevlax 9 saylı İRS sahəsində 25 il elektirik mexaniki vəzifəsində işləyib: "Heç bir əsas olmadan 9 saylı İRS sahəsinin rəisi Abbas Hüseynov həmin ştatın ləğv edilməsi üçün təqdimat yazaraq baş idarəyə göndərdi və nəticədə mən işsiz qaldım. Bunun isə özəl səbəbləri var. Məsələ ondadır ki, rəis Abbas Hüseynovun qanunsuz əməllərinə göz yuma bilmədiyim üçün onun barəsində şikayət emişəm. O da məndən bu yolla qisas aldı. Hazırda Azərbaycan Dəmir Yolları QSC-nin Yevlax 9 saylı İRS sahəsində adı işdə gedən özləri isə heç vaxt işə gəlməyən, əməkhaqqı kartları isə rəis Abbas Hüseynovun cibində olan çoxlu "işçilər" var. Abbas Hüseynov bu adamların kartları vasitəsi bankomatdan maaşları özü götürür ki, bunu subut etmək üçün həmin kartlardan kimin pul çıxarmasını bankomatdan fotorobotun çəkdiyi şəkillər vasitəsilə araşdırmaq kifayət edər. Ancaq yoxlama gələndən-gələ həmin adları işdə gedib özləri başqa yerlərdə olan şəxslər iş yerində peyda olurlar. Həmin "işçilərin" konkret siyahısı məndə var, əgər yoxlama aparılarsa təqdim edə bilərəm".
M.Məmmədovanın sözlərinə görə, qızı Məmmədova Rəna Əlimövsüm qızı Azərbaycan Dəmir Yolları QSC-nin Yevlax 9 nömrəli İRS sahəsində telefonçu vəzifəsində işləyib: "Abbas Hüseynov qızımın xəbəri olmadan onun adından ərizə yazdırıb onun əvəzinə imza etdirib işdən çıxarıb. Guya qızım Rəna ərizə yazıb işdən çıxarılmasını xahiş edib. Həmin ərizə obyektiv araşdırılarsa, bu, tam subut olunacaq ki, həmin ərizədəki xətt və imza qızıma aid deyil. Bu, cinayət əməlidir. 04 mart 2018-ci il tarixdə imtahan keçirilməsi adı ilə Abbas Hüseynov hər bir işçidən 50 manat pul yığdı ki, gələn komissiyaya verəcəm. Mən buna etiraz etdim və həmin pulu vermədim deyə ştatımı ləğv etdirdi. Abbas Hüseynov öz ağası olan sabiq nəqliyyat naziri Ziya Məmmədovun tapşırığı əsasında işləyib vətəndaşlar arasında narazılıqlar yaradır. Buna görə də Azərbaycan Dəmir Yolları QSC-nin Yevlax 9 saylı İRS sahəsinin rəisi Abbas Hüseynovun korrupsiya əməlləri obyektiv araşdırılıb barəsində cidddi tədbirlər görülməlidir".
Qarşı tərəfin mövqeyini verməyə hazırıq.