Ötən ay fərdi uçot sistemində 18 970 nəfər şəxs qeydiyyata alınıb


Ötən ay fərdi uçot sistemində 18 970 nəfər şəxs qeydiyyata alınıb


Hazırda sistemdə fərdi şəxsi hesabı olanların sayı 3 626 942 nəfər təşkil edir



Cari ilin aprel ayında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun fərdi uçot sistemində əlavə olaraq 18 970 nəfərə uçot dövründə daimi (dəyişməz) sosial sığorta nömrəsi ilə fərdi şəxsi hesab açılıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən AFN-ə verilən məlumatda bildirilir ki, həmin şəxslərin hər birinə sığortaolunan kimi uçota alındıqlarını və onlar üçün fərdi şəxsi hesabın açıldığını təsdiqləyən sosial sığorta şəhadətnaməsi rəsmiləşdirilib. Vətəndaş fərdi şəxsi hesabında onun üçün məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi nəticəsində gələcək pensiya təyinatı üçün pensiya kapitalı toplamaq imkanı əldə edir.

Nəticədə vətəndaşların fərdi uçot sistemində iştirakı stimullaşdırılmaqla, sistemin əhatə dairəsi getdikcə genişlənir. Bu müsbət tendensiyanın davamı olaraq,

sistemdə qeydiyyatda olan sığortaolunanların sayı 1 may 2018-ci il tarixinə ötən ilin müvafiq dövrünə nisbətən 154 779 nəfər artaraq 3 626 942 nəfərə çatıb.

Bununla yanaşı, sığortaolunanların fərdi şəxsi hesablarında toplanan sığorta kapitalının hər il indeksləşdirilərərk artırılması da təmin olunur.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Sığortaolunanlara məlumatların verilməsi” elektron xidməti isə vətəndaşlara fərdi şəxsi hesablarında yığılmış pensiya kapitalları barədə məlumat əldə etmək, onlar üçün məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi prosesinə nəzarət etmək imkanı verir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu