Sağlamlıq imkanları məhdud gənclər Antalyada keçirilən festivalda iştirak edib- FOTOLAR


Sağlamlıq imkanları məhdud gənclər Antalyada keçirilən festivalda iştirak edib-


Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzindən 6 nəfər gənc (Mərkəzin iki nəfər müəlliminin müşaiyəti ilə) “Əlilliyi olan şəxslər Həftəsi” çərçivəsində Türkiyənin Antalya şəhərində keçirilən musiqili teatr festivalında çıxış ediblər.



Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən AFN-ə verilən məlumatda bildirilir ki, həmin gənclərin festivalda iştirakına şərait yaradılması “Azərbaycandan və Türkiyədən olan sağlamlıq imkanları məhdud gənclərin mübadilə Proqramı”na əsasən “Xoşbəxtlik emalatxanası” (“Mutluluk atolyesi”) layihəsi çərçivəsində təmin edilib. Proqrama uyğun olaraq, onların 15 gün müddətində qardaş ölkədə sağlamlıq imkanları məhdud gənclərin reabilitasiyası üzrə mərkəzlərdə olmaları, müxtəlif peşə hazırlığı kurslarında iştirakı nəzərdə tutulub.

Səfər zamanı musiqili teatr festivalında da iştirak edən gənclərin təqdim etdikləri musiqi və teatr səhnəcikləri tamaşaçılar tərəfindən maraqla qarşılanıb.

1 saylı Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzində indiyədək 1400 nəfərdən çox gənc peşə hazırlığı kurslarına qəbul olunub. Burada kurslarda müxtəlif peşələrə yiyələnən gənclər ayrı-ayrı incəsənət növləri üzrə dərnəklərə də cəlb edilir, müvafiq sahədə bacarıqlarının inkişaf etdirilməsi üçün işlər aparılır.

Sağlamlıq imkanları məhdud gənclər Antalyada keçirilən festivalda iştirak edib-

Sağlamlıq imkanları məhdud gənclər Antalyada keçirilən festivalda iştirak edib-

Sağlamlıq imkanları məhdud gənclər Antalyada keçirilən festivalda iştirak edib-



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu