Ölümdən sonra həyat olduğu təsdiqləndi- ARAŞDIRMA

Xəbərin çap versiyası
Tarix: 17-05-2018, 19:31    |    Xəbər oxunub: 721 dəfə
Ölümdən sonra həyat olduğu təsdiqləndi-


Berlin Texniki Universitetinin həkimlərdən ibarət mütəxəssislər qrupu qandonduran açıqlama ilə çıxış ediblər. Onlar kliniki müşahidələrlə sübuta yetiriblər ki, ölümdən sonra həyat mövcuddur.

Tibbi müşahidə altında könüllü şəxslər 20 dəqiqəlik kliniki ölüm keçiriblər. Həkimlər 4 il davam edən təcrübə müddətində iştirak edən könüllülər qrupuna adrenalin və dimetiltriptamin iynələri vurublar. Pasientlərin kliniki ölümü 20 dəqiqə çəkib.

Mütəxəssislər iddia ediblər ki, bu proses insan orqanizmi üçün zərərli deyil. Prosesdən sonra həkimlər digər dərmanlardan ibarət qarışımı insan orqanizminə yeridib, qandakı ozonu filtrləyərək təmizləyiblər. Bu təcrübə kardiopulmonal adlı qurğunun icadından sonra baş tutub.

Professor Bertold Akkermanın başçılığı ilə davam edən təcrübə nəticəsində könüllülərin kliniki ölümə dair təəssüratları qeydə alınıb. Nəticələr göstərib ki, qeydlərin çoxu bir-birinə bənzəyir.

944 nəfərdən böyük əksəriyyəti şüurun bədəndən ayrılması, tam sakitlik və rahatlıq, təhlükəsizlik, istilik və hətta ərimə hiss ediblər. Bir çoxu isə gözqamaşdıran işıq gördüklərini iddia edirlər.

Mütəxəssislər əlavə edirlər ki, təcrübədə müxtəlif dindən olan insanlar iştirak ediblər. Onların gəldiyi qənaətə görə, dinin ölümlə heç bir əlaqəsi yoxdur. Çünki onların dini görüşlərinin bu prosesə heç bir təsiri olmayıb və bütün insanlar eyni hissləri bölüşüblər. Bu təcrübədə dini görüşləri bəlli olan şəxslərdən əlavə, ateistlər də iştirak ediblər.

Alimlərin fikrincə, kliniki ölüm anında şüur bədəndən ayrılır.

"Bilirəm ki, bu təcrübəmiz minlərlə insanın ölüm haqda olan fikirlərini alt-üst edəcək. Amma etiraf etmək lazımdır ki, bununla biz insanlığı düşündürən ən dərin sualın cavabını tapa bildik. Bəli, ölümdən sonra da həyat var”, - Akkerman qeyd edir.(qaynarinfo)




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail afn.news@mail.ru






Diqqətinizi çəkə biləcək digər xəbərlər

"Gedəcək yer axtaran azərbaycanlılar..."- Rza Rzayev yazır

Nazirin təltif etdiyi müəllimi direktor polisə verdi-

Nazirin təltif etdiyi müəllimi direktor polisə verdi- ŞİKAYƏT

Prezident məktəb tikintisinə 40 milyon ayırıb

Prezident məktəb tikintisinə 40 milyon ayırıb

Zakir Həsənov Kaspşiklə Qarabağı müzakirə edib

Zakir Həsənov Kaspşiklə Qarabağı müzakirə edib

200 manatlıq əksinaslar dövriyyəyə buraxılır-

200 manatlıq əksinaslar dövriyyəyə buraxılır- FOTO

"Bakcell" eşitməqüsurlu əlillər arasında futzal turnirinə dəstək verib

Yeni Dərnəgül-Balaxanı yolunun tikintisi gələn il tamamlanacaq

Yeni Dərnəgül-Balaxanı yolunun tikintisi gələn il tamamlanacaq

Fransanın baş naziri İsrail səfərini təxirə saldı

Fransanın baş naziri İsrail səfərini təxirə saldı

Avtobusa silahla girib polislə əlbəyaxa oldu-

Avtobusa silahla girib polislə əlbəyaxa oldu- Bakıda olay

“Tağıyevin evi deyil...”-

“Tağıyevin evi deyil...”- Sökülən bina ilə bağlı açıqlama

Arzu Əliyeva AXC ilə bağlı film çəkib-

Arzu Əliyeva AXC ilə bağlı film çəkib- VİDEO

Belarusiyadan idxal etdiyi kərə yağlarının keyfiyyətinə zəmanət veririk-

Belarusiyadan idxal etdiyi kərə yağlarının keyfiyyətinə zəmanət veririk- "Veysəloğlu"

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur