Qənirə Paşayeva daun sindromlu uşaqlar üçün keçirilən tədbirdə cəmiyyətə çağırış edib


Qənirə Paşayeva daun sindromlu uşaqlar üçün keçirilən tədbirdə cəmiyyətə çağırış edib


Millət vəkili Qənirə Paşayeva Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzini ziyarət edib, 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə təşkil edilən tədbirdə iştirak edib.

AFN xəbər verir ki, çıxışına uşaqları təbriklə başlayan millət vəkili onlara sağlamlıq, xoşbəxtlik və bütün arzularına çatmalarını diləyib. Millət vəkili Q.Paşayeva daun sindromlu uşaqların həyatla, çətinliklərlə mübarizəsində valideynlərinin və mərkəzin müəllimlərinin mühüm rolundan danışıb: “Bu uşaqların valideynləri bütün çətinliklərə baxmayaraq, onlar üçün əllərindən gələni edirlər, həmçinin burda çox fədakar işçilər var. Sevgi, xeyirxahlıq və mərhəmət bu uşaqların xoşbəxtliyinə səbəb olur”.

Ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın diqqət və qayğısı sayəsində belə bir mərkəzin açılmasının daun sindromlu uşaqların yüksək səviyyədə müalicə və təhsil almasına imkan verdiyini vurğulayan millət vəkili Qənirə Paşayeva bu mərkəzdə göstərilən bütün xidmətlərin pulsuz olduğunu qeyd edərək bütün daun sindromlu uşaqların onun fəaliyyətindən geniş yararlanmasının əhəmiyyətini vurğulayıb. O, bildirib ki, bu sindromla doğulan uşaqların hamısı bu mərkəzə müraciət edərək mütəxəssislərin nəzarətində olarlarsa, bu uşaqlar üçün də, ailələr üçün də müsbət olar. Millət vəkili Q.Paşayeva fiziki imkanları məhdud uğaqlara bütün cəmiyyətin daha həssas yanaşmalı olduğunun vacibliyini qedy edib. Çıxışının sonunda millət vəkili gələn il 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Gününü bu gözəl balalarla birlikdə Ali Baş Komandan cənab Prezident İlham Əliyevin rəhbərliyi altında birlik və bərabərlik içində işğaldan azad edəcəyimiz Dağlıq Qarabağda, Şuşada, Xankəndində və digər gözəl guşələrimizdə qeyd edək deyib.

Millət vəkili Q.Paşayeva "Qayğı-Sağlam Nəsil Naminə” İctimai Birliyinə və onun kollektivinə bu tədbirin təşkil edilməsinə görə təşəkkürünü bildirib.

Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzinin kollektivi ilə söhbət zamanı millət vəkili Qənirə Paşayeva onlara bu önəmli fəaliyyətlərində uğurlar arzulayıb. Qənirə Paşayeva hər bir uşaq və ailəsi ilə də söhbət edib.

Qənirə Paşayeva daun sindromlu uşaqlar üçün keçirilən tədbirdə cəmiyyətə çağırış edib

Qənirə Paşayeva daun sindromlu uşaqlar üçün keçirilən tədbirdə cəmiyyətə çağırış edib

Qənirə Paşayeva daun sindromlu uşaqlar üçün keçirilən tədbirdə cəmiyyətə çağırış edib

Qənirə Paşayeva daun sindromlu uşaqlar üçün keçirilən tədbirdə cəmiyyətə çağırış edib

Qənirə Paşayeva daun sindromlu uşaqlar üçün keçirilən tədbirdə cəmiyyətə çağırış edib

Qənirə Paşayeva daun sindromlu uşaqlar üçün keçirilən tədbirdə cəmiyyətə çağırış edib

Qənirə Paşayeva daun sindromlu uşaqlar üçün keçirilən tədbirdə cəmiyyətə çağırış edib

Qənirə Paşayeva daun sindromlu uşaqlar üçün keçirilən tədbirdə cəmiyyətə çağırış edib

Qənirə Paşayeva daun sindromlu uşaqlar üçün keçirilən tədbirdə cəmiyyətə çağırış edib



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu