5 ay ərzində əlilliyi olan 500-dək vətəndaş əlil arabası ilə təmin olunub


5 ay ərzində əlilliyi olan 500-dək vətəndaş əlil arabası ilə təmin olunub


2018-ci ilin 5 ayı ərzində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Protez-Ortopedik Bərpa Mərkəzi əlilliyi olan 500-dək vətəndaşı əlil arabası ilə təmin edib. Təkcə son üç gündə 30 nəfərdən çox əlilliyi olan şəxsə müraciətlərinə uyğun olaraq əlil arabası təqdim olunub.

Nazirliyin mətbuat xidmətindən AFN-ə verilən məlumata görə, əlil arabası əldə etmək üçün əlilliyi olan şəxsin müraciəti əsasında tibbi göstəriş ərazi üzrə Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən nazirliyin elektron informasiya sisteminə daxil edilir. Sistemdən alınmış həmin məlumat əsasında şəxsin əlil arabası ilə təminatı həyata keçirilir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu