Qarabağ əlili üçün ev tikiləcək

Xəbərin çap versiyası
Tarix: 12-06-2018, 14:54    |    Xəbər oxunub: 587 dəfə
Qarabağ əlili üçün ev tikiləcək


Ucar rayonu Qaracallı kənd sakini, ikinci qrup Qarabağ müharibəsi əlilliyi olan Qasımov Şöhrət Mülkədar oğlunun bəzi mətbuat orqanlarında yayılan şikayət xarakterli müraciətinə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində (ƏƏSMN) baxılıb.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, ölkəmizin ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin sosial müdafiəsi dövlətin diqqət mərkəzindəndir. Ucar rayonu Qaracallı kənd sakini, ikinci qrup Qarabağ müharibəsi əlilliyi olan Qasımov Şöhrət Mülkədar oğlunun da sosial müdafiəsi üçün zəruri işlər aparılıb. Hazırda ikinci qrup Qarabağ müharibəsi əlili kimi ayda 191,36 manat əmək pensiyası ilə təmin olunan Ş.Qasımova, eyni zamanda, Azərbaycan Respublikası Prezidentinin aylıq təqaüdü olaraq hər ay 158 manat ödənilir.

Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin mənzil və ya fərdi evlə təmin edilməsi istiqamətində də ƏƏSMN tərəfindən müvafiq işlər aparılır. Qeyd edək ki, onların mənzil növbəsinə götürülməsi, növbənin dəyişdirilməsi və ya ləğv olunması müvafiq rayon (şəhər) icra hakimiyyətlərinin səlahiyyətindədir. ƏƏSMN-nin sifarişi ilə inşa edilmiş mənzillərin bölgüsü də məhz rayon (şəhər) icra hakimiyyətlərinin nazirliyə təqdim etdikləri mənzil növbəliliyi siyahıları əsasında aparılır.

Ucar rayon İH tərəfindən ƏƏSMN-ə təqdim olunmuş fərdi ev tikintisi üçün növbəlilik siyahısında Qasımov Şöhrət Mülkədar oğlu 29-cu şəxsdir. Ş.Qasımov üçün növbəlilik əsasında yaşadığı kənddə fərdi ev tikintisi həyata keçiriləcək. Nazirliyin nümayəndəsi Ş.Qasımovun yaşadığı ünvanda olaraq, ona bu barədə ətraflı izahat verib.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail afn.news@mail.ru






Diqqətinizi çəkə biləcək digər xəbərlər
Ermənistanın Xankəndi ilə bağlı yalanı ifşa olundu-

Ermənistanın Xankəndi ilə bağlı yalanı ifşa olundu- FOTOLAR

Axtarışda olan 15 nəfər saxlanılıb

Axtarışda olan 15 nəfər saxlanılıb

Ali Məhkəmə Baş Prokurorluğun protestini rədd etdi:

Ali Məhkəmə Baş Prokurorluğun protestini rədd etdi: Azərbaycanda nadir hadisə

Bakı-Yevlax yolunda iki nəfəron ölümü ilə nəticələnən yol qəzası baş verib

Bakı-Yevlax yolunda iki nəfəron ölümü ilə nəticələnən yol qəzası baş verib

Araz çayında batmış şəxsin cəsədi aşkarlanıb

Araz çayında batmış şəxsin cəsədi aşkarlanıb

Azərbaycanda yaşayan Türkiyə vətəndaşları səs verirlər

Azərbaycanda yaşayan Türkiyə vətəndaşları səs verirlər

Cəbhədə gərginlik davam edir

Cəbhədə gərginlik davam edir

Tərtərlilər Milli Qurtuluş Gününü qeyd ediblər

Tərtərlilər Milli Qurtuluş Gününü qeyd ediblər

Qənirə Paşayeva Tovuzda Milli Qurtuluş Günü və Ramazan bayramı tədbirində gənclərə çağırış edib

Qənirə Paşayeva Tovuzda Milli Qurtuluş Günü və Ramazan bayramı tədbirində gənclərə çağırış edib

Nikah dövründə əldə edilmiş əmlaka sərəncam verilməsi proseduru müəyyənləşdi

Nikah dövründə əldə edilmiş əmlaka sərəncam verilməsi proseduru müəyyənləşdi

Azərbaycanlı jurnalisti öldürən sürücüyə hökm oxundu

Azərbaycanlı jurnalisti öldürən sürücüyə hökm oxundu

Pensiya yaşına çatmış şəxslər üçün sosial xidmət müəssisəsində  bayram tədbiri keçirilib

Pensiya yaşına çatmış şəxslər üçün sosial xidmət müəssisəsində bayram tədbiri keçirilib

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur