Yetkinlik yaşına çatmayan uşaqlar arasında uşaq əməyinə qarşı mübarizə ilə bağlı maarifləndirmə tədbiri keçirilib

Xəbərin çap versiyası
Tarix: 12-06-2018, 15:24    |    Xəbər oxunub: 579 dəfə
Yetkinlik yaşına çatmayan uşaqlar arasında uşaq əməyinə qarşı mübarizə ilə bağlı maarifləndirmə tədbiri keçirilib


12 iyun - Uşaq Əməyinə qarşı Ümumdünya Mübarizə günü ilə əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Baxımsız, kimsəsiz və sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayanlar üçün Sosial Sığınacaq və Reabilitasiya Müəssisəsində maarifləndirmə tədbiri keçirilib.

Tədbir zamanı uşaqlara hüquqları izah olunub, bu və ya digər şəraitdə uşaq əməyinin istismarına məruz qalmamaları, məcburi əməyə cəlb edilməmələri üçün onlara zəruri tövsiyələr verilib. Sonra uşaqların əl işlərinə baxış olub. Qeyd olunub ki, bu Sosial Sığınacaq və Reabilitasiya Müəssisəsində yaşayan azyaşlıların ilkin yaradıcılıq bacarıqlarının (rəsm, musiqi, rəqs və s.) formalaşdırılması üçün müvafiq işlər aparılır. Artıq onların əl işlərindən ibarət sərgilərin də təşkil olunmasına başlanılıb ki, bu da uşaqlarda özlərinə inam hissinin artmasına, öz üzərlərində daha həvəslə çalışmalarına səbəb olur.

Tədbir çərçivəsində müəssəsədəki musiqi, ingilis dili, habelə 12-15 yaş arası uşaqların sosial-psixoloji xidmətlərlə təmin edildikləri qrup işi otaqlarına baxış olub, uşaqların idman oyunları izlənilib.

Məlumat üçün bildirək ki, ötən ildən fəaliyyət göstərən müəssisədə uşaqların sosial, psixoloji, hüquqi vəziyyəti qiymətləndirilərək, nəticəsinə uyğun tədbirlər həyata keçirilir. Sosial Sığınacaq və Reabilitasiya Müəssisəsinin başlıca məqsədi baxımsız, kimsəsiz və sosial təhlükəli vəziyyətdə olan uşaqların belə vəziyyətdən çıxarılması, onların digər həmyaşıdları kimi normal həyat tərzinə malik olmalarına, təlim-tərbiyə sistemi ilə əhatə olunmalarına şərait yaradılmasıdır. Həmçinin müəssisəni tərk etdikdən sonrakı dövrdə bu uşaqların daimi yaşayış yeri ilə təmin olunmaları üçün valideynlərinə, qəyyumlarına, dövlət uşaq müəssisələrinə və ya alternativ qayğı müəssisələrinə təhvil verilməsi yönündə müvafiq işlər görülür. İndiyədək müəssisəyə 66 uşaq qəbul olunub, onların əksəriyyətinin reabilitasiyası təmin edilib. Hazırda müəssisədə 17 uşaq reabilitasiya kursu keçir

Yetkinlik yaşına çatmayan uşaqlar arasında uşaq əməyinə qarşı mübarizə ilə bağlı maarifləndirmə tədbiri keçirilib

Yetkinlik yaşına çatmayan uşaqlar arasında uşaq əməyinə qarşı mübarizə ilə bağlı maarifləndirmə tədbiri keçirilib

Yetkinlik yaşına çatmayan uşaqlar arasında uşaq əməyinə qarşı mübarizə ilə bağlı maarifləndirmə tədbiri keçirilib

Yetkinlik yaşına çatmayan uşaqlar arasında uşaq əməyinə qarşı mübarizə ilə bağlı maarifləndirmə tədbiri keçirilib

Yetkinlik yaşına çatmayan uşaqlar arasında uşaq əməyinə qarşı mübarizə ilə bağlı maarifləndirmə tədbiri keçirilib





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail afn.news@mail.ru






Diqqətinizi çəkə biləcək digər xəbərlər
Ermənistanın Xankəndi ilə bağlı yalanı ifşa olundu-

Ermənistanın Xankəndi ilə bağlı yalanı ifşa olundu- FOTOLAR

Axtarışda olan 15 nəfər saxlanılıb

Axtarışda olan 15 nəfər saxlanılıb

Ali Məhkəmə Baş Prokurorluğun protestini rədd etdi:

Ali Məhkəmə Baş Prokurorluğun protestini rədd etdi: Azərbaycanda nadir hadisə

Bakı-Yevlax yolunda iki nəfəron ölümü ilə nəticələnən yol qəzası baş verib

Bakı-Yevlax yolunda iki nəfəron ölümü ilə nəticələnən yol qəzası baş verib

Araz çayında batmış şəxsin cəsədi aşkarlanıb

Araz çayında batmış şəxsin cəsədi aşkarlanıb

Azərbaycanda yaşayan Türkiyə vətəndaşları səs verirlər

Azərbaycanda yaşayan Türkiyə vətəndaşları səs verirlər

Cəbhədə gərginlik davam edir

Cəbhədə gərginlik davam edir

Tərtərlilər Milli Qurtuluş Gününü qeyd ediblər

Tərtərlilər Milli Qurtuluş Gününü qeyd ediblər

Qənirə Paşayeva Tovuzda Milli Qurtuluş Günü və Ramazan bayramı tədbirində gənclərə çağırış edib

Qənirə Paşayeva Tovuzda Milli Qurtuluş Günü və Ramazan bayramı tədbirində gənclərə çağırış edib

Nikah dövründə əldə edilmiş əmlaka sərəncam verilməsi proseduru müəyyənləşdi

Nikah dövründə əldə edilmiş əmlaka sərəncam verilməsi proseduru müəyyənləşdi

Azərbaycanlı jurnalisti öldürən sürücüyə hökm oxundu

Azərbaycanlı jurnalisti öldürən sürücüyə hökm oxundu

Pensiya yaşına çatmış şəxslər üçün sosial xidmət müəssisəsində  bayram tədbiri keçirilib

Pensiya yaşına çatmış şəxslər üçün sosial xidmət müəssisəsində bayram tədbiri keçirilib

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur