Pensiya yaşına çatmış şəxslər üçün sosial xidmət müəssisəsində bayram tədbiri keçirilib


Pensiya yaşına çatmış şəxslər üçün sosial xidmət müəssisəsində  bayram tədbiri keçirilib


Nazir Sahil Babayev tədbirdə iştirak edib, müəssisənin sakinləri ilə görüşüb



Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Pensiya yaşına çatmış şəxslər üçün sosial xidmət müəssisəsində 15 İyun - Milli Qurtuluş günü və Ramazan bayramı münasibəti ilə tədbir keçirilib. Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev tədbirdə iştirak edib, dövlət himayəsində yaşayan pensiya yaşına çatmış şəxslərlə görüşüb, onları təbrik edərək, xoş arzularını çatdırıb.

S.Babayev ahıl insanların sosial müdafiəsinin gücləndirilməsinin dövlətin sosial siyasətinin əsas istiqamətlərindən olduğunu vurğulayıb. O bildirib ki, 20 il bundan əvvəl, 1998-ci ilin aprel ayında bu müəssisədə olarkən ümummilli lider Heydər Əliyev müəssisənin sakinləri ilə görüşündə “Əmin ola bilərsiniz ki, sizin həyatınız, yaşayışınız daim bizim, Prezidentin qayğısı altındadır və bundan sonra da belə olacaqdır”deyə bəyan edib. Ulu öndərin bu sözləri ötən dövrdə həmin insanlara dövlət qayğısının mütəmadi olaraq artmasında öz əməli təsdiqini tapıb. Prezident İlham Əliyevin uğurlu sosial siyasəti respublikamızda sosial cəhətdən həssas əhali qruplarının rifah halının yaxşılaşdırılmasına yönələn tədbirlərin ildən-ilə güclənməsinə səbəb olub.

Nazir diqqətə çatdırıb ki, sosial xidmət müəssisələrində, o cümlədən bu müəssisədə yaşayan 220 vətəndaşın hərtərəfli təminatı, rahat yaşayış şəraitinə malik olmaları üçün bütün işlər görülür. Son illərdə dövlət başçısının tapşırığı əsasında bu müəssisənin 5 mərtəbəli 170 yerlik yeni ikinci korpusu da inşa edilərək istifadəyə verilib. Həmin korpusun açılışında Azərbaycan Prezidenti cənab İlham Əliyevin və xanımı Mehriban Əliyevanın iştirak etməsi, müəssisənin sakinləri ilə səmimi görüşü də bu təbəqədən olan vətəndaşlara yüksək səviyyədə diqqət və qayğını bir daha nümayiş etdirir.

Burada sakinlərin rahatlığı, mədəni istirahəti üçün müasir tələblərə uyğun şəraitin mövcud olduğunu qeyd edən S.Babayev bundan sonra da onların diqqət və qayğı ilə əhatə olunmaları üçün məqsədyönlü işlərin aparılacağını vurğulayıb.

Sosial xidmət müəssisəsinin sakinləri onlar üçün yaradılan şəraitdən razı qaldıqlarını vurğulayıb, göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.

Pensiya yaşına çatmış şəxslər üçün sosial xidmət müəssisəsi özünəqulluq qabiliyyəti, habelə onlara qulluq və köməklik göstərə biləcək əmək qabiliyyətli qohumları və ya qanuni nümayəndələri olmayan pensiya yaşına çatmış şəxslər üçün nəzərdə tutulub. Burada həmin şəxslər daimi olaraq yaşayış şəraiti, qida, geyim və tibbi xidmətlə təmin olunurlar.

Müəssisədə yaradılmış şəraitlə yaxından tanış olan S.Babayev göstərilən sosial xidmətlərin keyfiyyətinin artırılması, reabilitasiya proqramlarının sakinlərin həyatında müsbət dönüşə, pozitiv keyfiyyət dəyişikliyinə yönələn istiqamətdə qurulması, xidmət göstərilən hər bir şəxsə qayğı və etik davranış qaydalarına ciddi riayət olunmaqla yanaşılması və s. barədə tapşırıqlar verib.

Pensiya yaşına çatmış şəxslər üçün sosial xidmət müəssisəsində  bayram tədbiri keçirilib
Pensiya yaşına çatmış şəxslər üçün sosial xidmət müəssisəsində  bayram tədbiri keçirilib
Pensiya yaşına çatmış şəxslər üçün sosial xidmət müəssisəsində  bayram tədbiri keçirilib
Pensiya yaşına çatmış şəxslər üçün sosial xidmət müəssisəsində  bayram tədbiri keçirilib
Pensiya yaşına çatmış şəxslər üçün sosial xidmət müəssisəsində  bayram tədbiri keçirilib
Pensiya yaşına çatmış şəxslər üçün sosial xidmət müəssisəsində  bayram tədbiri keçirilib



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu