ƏƏSMN daha 60 nəfər əlilliyi olan şəxsi Qubadakı istirahət mərkəzinə göndərib


ƏƏSMN daha 60 nəfər əlilliyi olan şəxsi Qubadakı istirahət mərkəzinə göndərib


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən bu gün daha 60 nəfər əlilliyi olan şəxs Quba rayonunda yerləşən istirahət mərkəzinə istirahətə yola salınıb. İstirahətə göndərilən əlilliyi olan insanlar yay mövsümündə istirahət etmələri üçün şərait yaradılmasından razılıqlarını ifadə edib, əlilliyi olan şəxslərə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.



Əlilliyi olan şəxslərin istirahətinin təşkili Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “2018-ci il üçün əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsi və reabilitasiyası Proqramı”na əsasən təşkil olunur. Proqrama uyğun olaraq, bu il artıq 655 nəfər əlilliyi olan vətəndaş Quba, Lənkəran, Xaçmaz rayonlarındakı istirahət mərkəzlərinə göndərilib.

Əlilliyi olanların yola salınması və 10 gün istirahət müddətindən sonra geri qaytarılması nazirlik tərəfindən ayrılmış xüsusi nəqliyyat vasitəsi ilə həyata keçirilir.

Yay mövsümünün sonuna qədər əlavə olaraq 450-ə yaxın əlilliyi olan şəxsin də istirahətinin təşkili təmin olunacaq.

ƏƏSMN daha 60 nəfər əlilliyi olan şəxsi Qubadakı istirahət mərkəzinə göndərib

ƏƏSMN daha 60 nəfər əlilliyi olan şəxsi Qubadakı istirahət mərkəzinə göndərib



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu