Dövlət Komitəsinin sədri Qaradağ rayonunda məcburi köçkünlərlə görüşüb


Dövlət Komitəsinin sədri Qaradağ rayonunda məcburi köçkünlərlə görüşüb


Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Bakı şəhərində qəzalı binalarda, yararsız tikililərdə, yaşayış üçün təhklükəli yerlərdə müvəqqəti məskunlaşmış məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması, sosial problemlərinin həlli istiqamətində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin verdiyi tapşırıqların icrasını davam etdirir.



Dövlət Komitəsinin sədri bu məqsədlə Bakının Qaradağ rayonunda qamış tipli üç mərtəbəli qəzalı binalarda müvəqqəti məskunlaşmış 37 məcburi köçkün ailəsi ilə görüşüb. Onların problemləri ilə yerində tanış olub, qayğılarını dinləyib, suallarını cavablandırıb. Məcburi köçkünlərin problemlərinin araşdırılması və müvafiq tədbirlərin görülməsi üçün tapşırıqlar verilib.

Dövlət Komitəsinin sədri Qaradağ rayonunda məcburi köçkünlərlə görüşüb



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu