Pediatrdan valideynlərə xəbərdarlıq: çimərliklərdə bunlara diqqət edin!


Pediatrdan valideynlərə xəbərdarlıq:


Tanınmış pediatr Vaqif Qarayev valideynlərə uşaqlarının çimərlik qumu və dəniz vasitəsilə müxtəlif xəstəliklərə yoluxma ehtimalları haqda xəbərdarlır edib.

AFN xəbər verir ki, həkim son günlər bu halların artdığını deyib: "Son vaxtlar dənizdən (çimərlikdən) infeksiya " gəlir"... Belə hesab olunur ki, dəniz suyu durğun sulardan fərqli olaraq, həm də "duzluluğu" hesabına xəstəliktörədiciləri məhv edir, öz-özünü təmizləyir. Amma bu həmişə belə olmur. Duzluluq müəyyən səbəblərdən azaldıqda və xəstəliktörədicilərin miqdarı çox olduqda insanlar (xüsusən uşaqlar) müxtəlif infeksiyalara yoluxur.
Son vaxtlar bağırsaq infeksiyalarına, dəridə səpkilərə, konyunktivitə (gözün iltihabına) daha çox rast gəlinir uşaqlarda. Dəniz qumundan helmintlərə (qurdlara) və göbələyə yoluxma da mümkündü".
V.Qarayevin sözlərinə görə, bütün bunları nəzərə alaraq valideynlər çimərliyə gedərkən bir neçə hala diqqət yetirməlidirlər: "Əvvəla, uşaqların ağzına su keçməməsi üçün ciddi nəzarət edilməlidir. İkincisi, qulaqlarını qorumaq üçün xüsusi qulaqcıqlardan istifadə olunmalıdır. Həmçinin dəniz qumunun təmizliyinə şübhə varsa ayaqyalın gəzmək düzgün deyil, çimərlik ayaqqabılarından istifadə olunmalıdır. Nəhayət, çılpaq halda dəniz qumuna uzanmaq düzgün deyil, təmiz olmayan qum müxtəlif problemlər yarada bilər. Ən vacibi isə odur ki, rəsmi qadağan olunmuş çimərliklərə gedilməməlidir!"



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu