Bərdənin Hacılar və Arabaçılar kəndlərində yeni içməli su infrastrukturu yaradılır

Xəbərin çap versiyası
Tarix: 17-08-2018, 17:43    |    Xəbər oxunub: 530 dəfə
Bərdənin Hacılar və Arabaçılar kəndlərində yeni içməli su infrastrukturu yaradılır


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Əhalinin içməli su ilə təminatının yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” 09 aprel 2018-ci il tarixli Sərəncamı çərçivəsində Bərdə rayonunun Hacılar və Arabaçılar kəndlərində yeni içməli su infrastrukturu yaradılır.



Bərdə rayonunun kəndlərində içməli su layihələrinin icrasına 2018-ci ilin iyun ayında başlanılıb. Kənd sakinlərini içməli su ilə təmin etmək üçün su mənbəyi subartezian quyuları seçilib. Layihəyə əsasən, bu kəndlərdə 2 subartezian quyusunun qazılması, 11,3 km uzunluğunda su xətlərinin, əhalinin ümumi istifadəsi üçün 54 ədəd su bulağının tikintisi nəzərdə tutulub.

Hazırda kəndlərdə subartezian quyularının qazılmasına başlanılıb. Arabaçılar kəndində layihədə nəzərdə tutulan 5,4 km uzunluğunda su xətlərinin tikintisi, əhalinin ümumi istifadəsi üçün 27 ədəd su bulağının quraşdırılması işləri yekunlaşıb. Hacılar kəndində isə 5,9 km su xətlərinin və 27 ədəd su bulağının quraşdırılması işləri davam etdirilir.

Bərdə rayonunun Arabaçılar və Hacılar kəndlərində icra olunan layihələr ümumilikdə 2500-dək sakinin içməli su təminatının yaxşılaşdırılmasına imkan yaradacaq. İndiyədək Arabaçılar və Hacılar kəndlərinin sakinləri içməli suya olan tələbatlarını daşıma yolu ilə və ya quyu sularından istifadə etməklə ödəyirdi. Bu da içməli su təminatında çətinliklərə səbəb olurdu.

Qeyd edək ki, Prezident İlham Əliyevin “Əhalinin içməli su ilə təminatının yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” 9 aprel 2018-ci il tarixli Sərəncamına əsasən, respublikanın 13 rayonunun 30 yaşayış məntəqəsində içməli su layihələri icra olunacaq. Bu layihələrdən 30 kəndin 45 min nəfər sakini faydalanacaq.

Ümumilikdə 2018-ci ildə dövlət investisiya layihələri də daxil olmaqla “Azərsu” ASC tərəfindən icra olunan layihələr çərçivəsində 21 rayonunun 46 yaşayış məntəqəsində 65 minədək sakinin içməli su təchizatı yaxşılaşdırılacaqdır.

Bərdənin Hacılar və Arabaçılar kəndlərində yeni içməli su infrastrukturu yaradılır

Bərdənin Hacılar və Arabaçılar kəndlərində yeni içməli su infrastrukturu yaradılır

Bərdənin Hacılar və Arabaçılar kəndlərində yeni içməli su infrastrukturu yaradılır

Bərdənin Hacılar və Arabaçılar kəndlərində yeni içməli su infrastrukturu yaradılır





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail afn.news@mail.ru






Diqqətinizi çəkə biləcək digər xəbərlər
Deputat Əsabil Qasımov iş adamına milyonlarla ziyan vurub-

Deputat Əsabil Qasımov iş adamına milyonlarla ziyan vurub- ŞİKAYƏT

Otman-Bozdağ palçıq vulkanında püskürmə baş verib

Otman-Bozdağ palçıq vulkanında püskürmə baş verib

Metropolitendən Əcəmi stansiyasını su basması ilə bağlı

Metropolitendən Əcəmi stansiyasını su basması ilə bağlı AÇIQLAMA

Sürücülərin diqqətinə:

Sürücülərin diqqətinə: paytaxtın bu küçələrində yağışla əlaqədar sıxlıq var

Bu günlərə olan faktiki  hava şəraiti haqqında məlumat

Bu günlərə olan faktiki hava şəraiti haqqında məlumat

Həsən Ruhani İrandakı teraktda ABŞ izi haqda:

Həsən Ruhani İrandakı teraktda ABŞ izi haqda: Peşiman olacaqlar

Bakı yenə yağış suları altında qaldı-

Bakı yenə yağış suları altında qaldı- VİDEO+FOTO

Mövqelərimiz iriçaplı pulemyotlardan atəşə tutuldu

Mövqelərimiz iriçaplı pulemyotlardan atəşə tutuldu

Azərbaycana payız gəldi

Azərbaycana payız gəldi

Türkiyənin məşhur müğənnisi Bakıda konsert verəcək

Türkiyənin məşhur müğənnisi Bakıda konsert verəcək

"Vikipediya”da Raquf Orucov haqqında ingilis dilində məqalə yaradılıb

Cahangir Əsgərov ailə holdinqinin rəhbərini dəyişdi:

Cahangir Əsgərov ailə holdinqinin rəhbərini dəyişdi: AZAL prezidentindən 400 milyon tələb olunur

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur