Qənirə Paşayeva vərəm əleyhinə koalisiya ilə görüş keçirib


Qənirə Paşayeva vərəm əleyhinə koalisiya ilə görüş keçirib


16 avqust 2018-ci il tarixində Azərbaycan Vərəm əleyhinə QHT Koalisiyası üzvləri Azərbaycan Respublikası Milli Məclisinin Beşinci çağırış Millət vəkili Qənirə Paşayeva ilə görüş keçirmişdir. Görüşün məqsədi Milli Məclisin Səhiyyə komitəsinin üzvü ilə Səhiyyə sahəsində fəaliyyət göstərən QHT-lərin əməkdaşlıq əlaqələrinin qurulması, o cümlədən 26 sentyabr tarixində Nyu-yorkda keçiriləcək BMT-in Baş Assambleyasının vərəm üzrə yüksək səviyyəli görüşü (YSG) haqqında məlumat mübadiləsi, vərəmli xəstələrin sosial problemləri haqqında müzakirələr aparmaq idi.



Görüş ərzində ölkədə cəmiyyətin ehtiyac duyduğu səviyyədə vərəmlə bağlı maarifləndirmə tədbirləri müzakirə edildi, QHT-lərin maarifləndirmə sahəsindəki önəmli rolu vurğulandı, təkliflər dinlənildi və bu sahədə növbəti təşəbbüslərin edilməsi üçün dəstəyini əsirgəməyən Millət vəkillərimiz Sona Əliyeva və Qənirə xanım Koalisiyanı öz işlərində sonunadək dəstəklədiklərini bildirdilər.

Koalisiya üzvləri Qənirə xanımın məntiqli, məqsədyönlü və çağdaş fikirlərini yüksək qiymətləndirmiş və vətəndaş cəmiyyəti nümayəndələrinə göstərdiyi dəstəyə görə ona öz minnətdarlıqlarını bildirmişlər.

Koalisiyanın Şərqi Avropa və Mərkəzi Asiya ölkələrinin vərəm proqramı TB REP çərçivəsində həyata keçirdiyi regionlarda vərəmlə bağlı silsilə maarifləndirici tədbirlərin növbəti istiqaməti Millət vəkillərimizin dəstəyi ilə Tovuz və Şəmkir rayonlarında baş tutacaq.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu