“Renessans Palace”da mənzillərə 36 min manatadək endirim: “Payız aksiyası”


“Renessans Palace”da mənzillərə 36 min manatadək endirim:


Yasamalda yerləşən premium sinif yaşayış kompleksi “Renessans Palace” mənzillərin satışında “Payız aksiyası”na start verdi. Sentyabr və oktyabr aylarında bu kompleksdən xüsusi endirim və uzunmüddətli ödəmə ilə ev almaq mümkün olacaq.

“AS Qrup İnvestment” şirkətinin inşa etdiyi “Renessans Palace”da başlanan aksiya ilə payız aylarında mənzillər 36 ay müddətinə 36 min manatadək endirimlə satılacaq. Kompleksin həmçinin ilin sonunda təhvil verilməsi planlaşdırılır. Mənzil sahibləri 2018-ci ildə öz evlərinə köçə biləcəklər.

İnfrastrukturunda, binanın keyfiyyətində və digər xüsusiyyətlərdə premium seqmentin bütün tələblərinə riayət olunmaqla inşa olunan “Renessans Palace” dörd korpus, 20 blok, 1084 mənzildən ibarətdir. Binaların hər mərtəbəsində mənzil sayı maksimum 4-dür. Hər blokda 3 ədəd “Mistubishi” markalı liftlər quraşdırılıb.

Mənzillərin hündürlüyü standard ölçülərdən daha artıq – 3.35 metrdir. Çöl divarlar termobloklarla tikildiyindən evlər yayda sərin, qışda isə isti qalır. Bu isə 40% enerjiə qənaət etməkdir. Pəncərələr izosistemli, 4 kameralı olduğundan Bakı küləyinin səsini və soyuğu içəri buraxmır.

“Renessans Palace” qaçış zolağı, idman meydançaları, açıq hava stadionları, meşətipli yaşıl 1.5 hektar ərazisi ilə Bakının ən iri həyətinə sahib kompleksdir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu