ƏƏSMN-də Dünya Bankının Sosial siyasət üzrə missiyası ilə görüş olub

Xəbərin çap versiyası
Tarix: 14-09-2018, 14:58    |    Xəbər oxunub: 645 dəfə
ƏƏSMN-də Dünya Bankının Sosial siyasət üzrə missiyası ilə görüş olub


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Dünya Bankının Sosial siyasət üzrə missiyası ilə görüş keçirilib. Görüşün keçirilməsində məqsəd nazirlik ilə Dünya Bankı arasında potensial əməkdaşlığı müzakirə etmək və sosial siyasət dialoqunda tapşırıq qrupunun rəhbəri Aleksandra Posarakı əvəz edəcək Maddalena Honorati ilə tanışlıq olub.

Nazirliyin mətbuat xidmətindən AFN-ə verilən məlumata görə, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Mətin Kərimli ölkəmizdə sosial inkişafın təmin edilməsi istiqamətində ötən dövrdə əldə olunan nailiyyətləri diqqətə çatdırıb. O, Azərbaycanda əmək, məşğulluq və sosial müdafiə sahəsində aparılan islahatlar, icra olunan aktiv əmək bazarı proqramları, dövlət sosial xidmətlərinin “bir pəncərə”dən operativ və tam şəffaf şəkildə göstərilməsi üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Fərmanına əsasən nazirliyin tabeliyində DOST Agentliyi və mərkəzlərinin yaradılması istiqamətində aparılan işlər barədə məlumat verib.

Nazir müavini Dünya Bankı ilə birgə həyata keçirilən layihələrin əhəmiyyətini vurğulayıb. Bildirib ki, 2004-2011-ci illəri əhatə edən “Pensiya və Sosial Təminat” layihəsi və 2008-2015-ci illəri əhatə edən “Sosial Müdafiənin İnkişafı” layihəsinin icrası nəticəsində mühüm irəliləyişlər əldə olunub. Hazırda “Azərbaycanda İş Yerləri ilə bağlı Tədqiqat və Strategiya” layihəsi çərçivəsində iş yerləri ilə bağlı nəticələrin əldə olunmasında ümumi biznes mühiti, rəsmi sektordakı işəgötürənlərin fəaliyyəti və işçi qüvvəsinin qiymətləndirilməsi istiqamətləri üzrə işlər davam etdirilir.

M.Kərimli Azərbaycanda yoxsulluğun azaldılması və əmək bazarında sabitliyin təminatı məqsədilə aktiv məşğulluq xidmətlərinin rolunu, bu istiqamətdə özünüməşğulluq proqramının icrasını xüsusi vurğulayıb.

Aleksandra Posarak ölkəmizdə aparılan islahatların Dünya Bankı tərəfindən daim maraqla izlənildiyini qeyd edib. O, Azərbaycanda uzunmüddətli Məşğulluq Strategiyasının hazırlanmasında Dünya Bankı tərəfindən aktiv dəstəyin bundan sonra da davam edəcəyini bildirib. A.Posarak əhalinin məşğulluğu sahəsində Azərbaycanda fəal dövlət siyasətinin aparıldığını, həssas əhali qruplarının özünüməşğulluq proqramına cəlb olunması üçün atılan addımların beynəlxalq miqyasda müsbət qəbul olunduğunu xüsusi vurğulayıb.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail [email protected]







Diqqətinizi çəkə biləcək digər xəbərlər
Prezident bu şəxslərin pensiyasını artırdı

Prezident bu şəxslərin pensiyasını artırdı

“Laçın” Ticarət Mərkəzinin sahibinin oğluna hökm oxunub

“Laçın” Ticarət Mərkəzinin sahibinin oğluna hökm oxunub

Fuad Poladovun 71 illiyinə

Fuad Poladovun 71 illiyinə

Balans Studiyası Tofiq Tağızadənin 100 illiyinə “Mateo Falkone” filmini bərpa etdi-

Balans Studiyası Tofiq Tağızadənin 100 illiyinə “Mateo Falkone” filmini bərpa etdi- FOTOLAR

“Nar” aztəminatlı ailələrdən olan uşaqlara dəstək olur

“Nar” aztəminatlı ailələrdən olan uşaqlara dəstək olur

Ermənistan ordusu Azərbaycan müdafiə nazirinə atəş açmaq istəyib?-

Ermənistan ordusu Azərbaycan müdafiə nazirinə atəş açmaq istəyib?- AÇIQLAMA

Dövlət Komitəsinin sədri və sədr müavinləri bölgələrdə vətəndaşları qəbul ediblər

Dövlət Komitəsinin sədri və sədr müavinləri bölgələrdə vətəndaşları qəbul ediblər

"Tural Mirzəliyev məktəb direktoru ampluasından çıxmış biridir"- Mətbuat Şurası rəsmisindən açıqlama

"Yeni Yasamal" MTK işində "Şərurlu İsfəndiyar" necə peyda oldu?- Zərərçəkmişlər: "Bizə deyir pul verin..."

Kişi arvadından polisə şikayət etdi:

Kişi arvadından polisə şikayət etdi: “Məni döyür”

Bu gün ETSN işçilərinin peşə bayramıdır

Bu gün ETSN işçilərinin peşə bayramıdır

Deputat Rüfət Quliyev Lənkəran hava limanını Rusiyaya icarəyə verməyi təklif etdi

Deputat Rüfət Quliyev Lənkəran hava limanını Rusiyaya icarəyə verməyi təklif etdi

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur