Yeni dərs ili ilə bağlı yeni piyada keçidləri təşkil edilib- BNA


Yeni dərs ili ilə bağlı yeni piyada keçidləri təşkil edilib-


Şəhər yollarında piyada təhlükəsizliyinin artırılması işləri davam etdirilir. Vətəndaş müraciətləri əsasında, mütəxəssislərin araşdırmaları nəticəsində əvvəlcədən müəyyən edilən yerlərdə yeni eynisəviyyəli piyada keçidləri təşkil edilib, yararsız halda olanlar isə yenilənib.

Bakı Nəqliyyat Agentliyindən AFN-ə verilən məlumata görə, yeni tədris ilinin başlanması ilə əlaqədar qeyd edilən işlər daha çox orta məktəb binalarının ətrafındakı yollarda həyata keçirilib.

Qeyd edək ki, eynisəviyyəli piyada keçidləri təşkil edilir və yararsız halda olanların bərpası işləri mütəmadi olaraq davam etdirilir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu