Özünüməşğulluq proqramı çərçivəsində mal və materialların verilməsinə başlanılıb

Xəbərin çap versiyası
Tarix: 11-10-2018, 19:25    |    Xəbər oxunub: 521 dəfə
Özünüməşğulluq proqramı çərçivəsində mal və materialların verilməsinə başlanılıb


Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən icra olunan özünüməşğulluq proqramı çərçivəsində 2018-ci il üzrə işsiz və işaxtaran vətəndaşlara mal və materialların verilməsinə başlanılıb.

Nazirliyin mətbuat xidmətindən AFN-ə verilən məlumata görə, ilk olaraq Cəbrayıl rayonu üzrə 123 nəfər (Biləsuvar rayonu, 5 saylı qəsəbə), Füzuli rayonu üzrə 108 nəfərə, ümumilikdə 231 şəxsin əsasən heyvandarlıq üzrə kiçik ailə təsərrüfatlarını qurmaları üçün mal və materiallarla təmin olunması nəzərdə tutulub. Bu gün artıq onlardan bir qrupuna iri və xırda buynuzlu mal-qara verilib və digərlərinə də yaxın bir neçə gündə təqdim olunacaq.

Dövlət başçısının müvafiq Sərəncamına əsasən ölkəmizdə icrasına başlanılan özünüməşğulluq proqramı mühüm sosial-iqtisadi əhəmiyyəti ilə seçilir. Proqram aztəminatlı ailələrin dövlətin dəstəyi ilə fərdi təsərrüfatlara sahib olmalarına, onların gəlirlərini artırmaqla, dövlət sosial yardım proqramından asılılığının aradan qalxmasına, sahibkarlığa çıxış imkanı qazanmalarına şərait yaratmaqdadır.

Ötən il özünüməşğulluq proqramına 1200 nəfər cəlb olunsa da, bu il bundan dəfələrlə çox olmaqla özünüməşğulluq proqramına 7 minədək işsiz və işaxtaran vətəndaşın cəlb olunması nəzərdə tutulub. Artıq özünüməşğulluq fəaliyyətini qurmaq üçün potensialları olan 7300-dən çox vətəndaş seçilərək proqram üzrə təlimlərə cəlb olunub. Onlardan təlim kursunu bitirən və qiymətləndirmələr zamanı biznes planları uğurlu hesab edilənlərin hər biri mal və materiallarla təmin olunacaq, kiçik ailə bizneslərinin yaradılması üçün köməklik ediləcək.

Bu istiqamətdə ilk işlərə Cəbrayıl və Füzuli rayonları üzrə başlanılması məcburi köçkünlərin, habelə cəbhəyanı ərazilərdə yaşayanların sosial müdafiəsinin daim diqqət mərkəzində saxlandığını bir daha göstərir. Hər iki rayon üzrə proqram iştirakçıları məcburi köçkünlər olmaqla yanaşı, onların sırasında 50 nəfər əlilliyi olan şəxs, 8 şəhid ailəsi üzvü, 76 nəfər sağlamlıq imkanları məhdud uşağı olan valideyn və başqaları var. Eyni zamanda, 231 nəfər iştirakçıdan 63 nəfəri qadın, 71 nəfəri gəncdir. Verilmiş mal və materialların hesabına reallaşdırılan biznes planların böyük əksəriyyəti kənd təsərrüfatı sahələrini əhatə edir.

Mal və materiallarla təmin olunan vətəndaşlar onların özünüməşğulluğunun təmin olunması, kiçik ailə bizneslərini qurmaları və gəlirlərini artırmaları üçün yaradılan şəraitə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə dərin minnətdarlıqlarını ifadə ediblər.

Proqram iştirakçıları onlara verilmiş mal və materiallardan düzgün və səmərəli istifadə edəcəklərini, bu gün dövlətin dəstəyi ilə yaratdıqları fərdi təsərrüfatlarını daim inkişaf etdirmək və gələcəkdə genişləndirmək, öz zəhmətləri ilə ailə gəlirlərini artırmaq üçün səylə çalışacaqlarını vurğulayıblar.

Özünüməşğulluq proqramı çərçivəsində mal və materialların verilməsinə başlanılıb

Özünüməşğulluq proqramı çərçivəsində mal və materialların verilməsinə başlanılıb

Özünüməşğulluq proqramı çərçivəsində mal və materialların verilməsinə başlanılıb

Özünüməşğulluq proqramı çərçivəsində mal və materialların verilməsinə başlanılıb

Özünüməşğulluq proqramı çərçivəsində mal və materialların verilməsinə başlanılıb





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail afn.news@mail.ru






Diqqətinizi çəkə biləcək digər xəbərlər
Gəmiçiliyin 160 illik yubileyi ilə əlaqədar markalı kitab nəşr olunub-

Gəmiçiliyin 160 illik yubileyi ilə əlaqədar markalı kitab nəşr olunub- FOTOLAR

Tərtərdə ilin doqquz ayında 24 milyon 966,6 min manatlıq tikinti-quraşdırma işləri aparılıb

Tərtərdə ilin doqquz ayında 24 milyon 966,6 min manatlıq tikinti-quraşdırma işləri aparılıb

Vidadi Zeynalov və dostları niyə həbsdən buraxılmadı-

Vidadi Zeynalov və dostları niyə həbsdən buraxılmadı- Sensasiyalı səbəb

Nazirlər Kabinetindən Aİ 92 markalı benzinlə bağlı mühüm qərar

Nazirlər Kabinetindən Aİ 92 markalı benzinlə bağlı mühüm qərar

STAR-ın ərazisi Xüsusi Sənaye Zonası elan edilib

STAR-ın ərazisi Xüsusi Sənaye Zonası elan edilib

Səudiyyə Camal Qaşıqçının ölümünü təsdiq etdi:

Səudiyyə Camal Qaşıqçının ölümünü təsdiq etdi: həbslər başladı

Bakıda universitetdə qəribə qadağa-

Bakıda universitetdə qəribə qadağa- FOTOFAKT

“İrşad Elektronics”in kredit fırıldağı: müştərilər belə tələyə salınır

“İrşad Elektronics”in kredit fırıldağı: müştərilər belə tələyə salınır

Sarov kəndində səyyar qəbul keçirilib

Sarov kəndində səyyar qəbul keçirilib

Səhiyyə Nazirliyində ciddi nöqsanlar aşkarlanıb-

Səhiyyə Nazirliyində ciddi nöqsanlar aşkarlanıb- Audit hesabatı

Məktəbdə pambıq tarlası salınıb-

Məktəbdə pambıq tarlası salınıb- FOTOLAR

Rusiya mətbuatı da Fərhad Əhmədovun fırıldaqlarından yazır

Rusiya mətbuatı da Fərhad Əhmədovun fırıldaqlarından yazır

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur