Azərbaycan MOM-un xərçəng xəstəliyi ilə mübarizə üsulları Londonda müzakirə edilib

Xəbərin çap versiyası
Tarix: 12-10-2018, 14:36    |    Xəbər oxunub: 518 dəfə
Azərbaycan MOM-un xərçəng xəstəliyi ilə mübarizə üsulları Londonda müzakirə edilib


Milli Onkologiya Mərkəzinin baş direktoru, akademik Cəmil Əliyev Britaniya Baş nazirinin Azərbaycan, İraq və Türkmənistan üzrə Ticarət elçisi Baronessa Nikolson Vinterbornun vasitəçiliyi və iştirakı ilə Britaniyanın Oksford Universitetinin professoru, xərçəng araşdırmaları üzrə məşhur britaniyalı alim Deyvid Kerr ilə görüşüb.

Görüş zamanı Baronessa Nikolson Prezident İlham Əliyevin və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın ölkədə tibbin inkişafına ayırdıqları xüsusi diqqət və qayğını alqışlayaraq, onlara dərin ehtiramını və səmimi salamlarını çatdırıb.

Deyvid Kerrin sorğusu əsasında akademik Cəmil Əliyev Azərbaycanda xərçəng xəstəliyinin profilaktikası və tətbiq olunan müalicə üsulları, xərçənglə mübarizədə Milli Onkologiya Mərkəzində görülən tədbirlər, o cümlədən mərkəzin xərçəng xəstəliyindən əziyyət çəkən şəxslərin ömrünün uzadılmasında və sağalma həddinin artırılmasındakı rolu, istifadə edilən avadanlıqlar və təcrübələr (radiologiya, MRI, kimya-terapiya, cərrahiyyə və sairə) barədə ətraflı məlumat verilib. Bu xüsusda, həmçinin Azərbaycanda xərçəng xəstəliklərinin müvafiq növlərinin azalma və artma tendensiyaları barəsində də fikir mübadiləsi aparılıb.

Öz növbəsində D.Kerr, Milli Onkologiya Mərkəzində çoxsaylı müalicə otaqlarının olmasının, hər bir tibbi avadanlıqla təchiz olunan səyyar müalicə maşınlarının bölgələrdə xərçəngdən əziyyət çəkən əhalinin müayinə və müalicəsi üçün göndərilməsi təcrübəsinin, eləcə də mərkəzdə test və müayinədən keçən şəxslərin 70 faizinin xərçəngdən əziyyət çəkən deyil, sadəcə, yüksək diaqnostikadan istifadə edən sadə xəstələr olması faktının təqdirəlayiq olduğunu nəzərə çatdırıb.

Görüşdə Azərbaycanda xərçəng xəstəliyi üzrə mütəxəssis və həkimlərin hazırlığı, təlimi məsələsi də müzakirə edilib. D.Kerr bu məsələyə xüsusi maraq göstərərək gələcəkdə bu sahədə Oksford Universitetinin müvafiq tibbi strukturları çərçivəsində əməkdaşlıq perspektivlərinin mövcud olduğunu qeyd edib. Akademik C.Əliyev ikitərəfli əməkdaşlıq imkanlarının yerində müzakirə edilməsi və Milli Onkologiya Mərkəzini ziyarət etməsi üçün D.Kerrini Azərbaycana səfərə dəvət edib. Dəvət D.Kerr tərəfindən məmnuniyyətlə qəbul olunub.

Görüşün sonunda Oksford Universiteti və Milli Onkologiya Mərkəzi arasında tibbi əməkdaşlıq üzrə anlaşma Memorandumunun imzalanması barədə razılıq əldə edilib.

Yaxın Şərqdə xeyriyyəçiliklə məşğul olan AMAR Beynəlxalq Xeyriyyə Fondunun Londondakı iqamətgahı və Britaniyanın Lordlar Palatasında keçirilən görüşdə AMAR-ın Aparat rəhbəri Endryu Metfen və Azərbaycanın Böyük Britaniyadakı səfiri Tahir Tağızadə də iştirak edib. Akademik Cəmil Əliyev və AMAR-ın rəhbərliyi arasında bu qurumun İraqda həyata keçirdiyi proqramlar və Azərbaycanın həmin proqramlara mümkün töhfəsi barədə fikir mübadiləsi aparılıb.

Akademik Cəmil Əliyev Baronessa Nikolsona sonuncunun Bakıya səfərləri zamanı görüşdüyü azərbaycanlı həkim və tibbi personalın dərin rəğbət və ehtiramını çatdırıb.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail afn.news@mail.ru






Diqqətinizi çəkə biləcək digər xəbərlər
Polşada Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş forum keçirilib-

Polşada Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş forum keçirilib- VİDEO+FOTOLAR

“Təhsil Avtobusu-2018” yay məktəbinin təşkilatçıları “Bakcell”i mükafatlandırıb

“Təhsil Avtobusu-2018” yay məktəbinin təşkilatçıları “Bakcell”i mükafatlandırıb

Tanınmış telejurnalist Nərgiz Cəlilova ilə maraqlı görüş keçirilib-

Tanınmış telejurnalist Nərgiz Cəlilova ilə maraqlı görüş keçirilib- FOTOLAR

İcazəsiz ov edən 204 nəfərə cərimə tətbiq edilib

İcazəsiz ov edən 204 nəfərə cərimə tətbiq edilib

Ölkəmizdə pensiyaların orta aylıq məbləğində 8,4 faiz artım qeydə alınıb

Ölkəmizdə pensiyaların orta aylıq məbləğində 8,4 faiz artım qeydə alınıb

“Brain Ring” izlə, “Nar”-dan hədiyyə qazan!

“Brain Ring” izlə, “Nar”-dan hədiyyə qazan!

“Bu yol çox böyük bir yolun davamıdır”-

“Bu yol çox böyük bir yolun davamıdır”- Aqil Acalov

Bakıda qəzet redaksiyası soyğunçuluğa məruz qaldı

Bakıda qəzet redaksiyası soyğunçuluğa məruz qaldı

Özəlləşdirmədə geniş seçim imkanı:

Özəlləşdirmədə geniş seçim imkanı: 73 dövlət əmlakı hərracda

Bu yolda hərəkət dəyişdi

Bu yolda hərəkət dəyişdi

Dövlət Sosial Müdafiə Fondunun gəlirləri 16,07 faiz artıb

Dövlət Sosial Müdafiə Fondunun gəlirləri 16,07 faiz artıb

Villa sahibləri Badamdardan qaçır:

Villa sahibləri Badamdardan qaçır: Evləri gözətçilər qoruyur

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur