Şəkidə məcburi köçkünlər üçün sağlamlıq aksiyası keçirilib


Şəkidə məcburi köçkünlər üçün sağlamlıq aksiyası keçirilib


Şəkidə, məcburi köçkünlər üçün salınmış Yeni Çələbixan qəsəbəsində Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin ərazi nümayəndəliyinin təşəbbüsü, Şəki Şəhər Mərkəzi Xəstəxanası rəhbərliyinin təşkilatçılığı ilə sağlamlıq aksiyası keçirilib. Müxtəlif ixtisaslı 11 həkimdən ibarət tibb briqadası qəsəbə sakinlərini müayinə edib, onlara yardım göstərib və məsləhətlər verib.

Komitənin mətbuat xidmətindən verilən məlumata görə, aksiya zamanı məcburi köçkünlərə stomotoloji, kardioloji, endokrinoloji və digər xəstəliklər üzrə müayinədən keçmək imkanı yaradılıb. Həkimlər briqadası 100 nəfərdən çox məcburi köçkünü müayinə edib. Ağır xəstələr və cərrahiyyə əməliyyatına ehtiyacı olanlara Bakı şəhərindəki xəstəxanalara göndəriş verilib.

Şəki şəhərində növbəti sağlamlıq aksiyasının məcburi köçkün ailələrinin yaşadığı Turan qəsəbəsində keçirilməsi planlaşdırılır.

Şəkidə məcburi köçkünlər üçün sağlamlıq aksiyası keçirilib

Şəkidə məcburi köçkünlər üçün sağlamlıq aksiyası keçirilib

Şəkidə məcburi köçkünlər üçün sağlamlıq aksiyası keçirilib

Şəkidə məcburi köçkünlər üçün sağlamlıq aksiyası keçirilib



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu