Oqtay Əsədovdan şəhid ailələri ilə bağlı göstəriş


Oqtay Əsədovdan şəhid ailələri ilə bağlı göstəriş


Milli Məclisin bu gün keçirilən plenar iclasında parlamentin sədri Oqtay Əsədov müavinət ala bilməyən şəhid ailələri ilə bağlı göstəriş verib.

Spiker bu məsələnin həll edilməli olduğunu deyib: “Ümumiyyətlə, yanaşma dəyişilməlidir. Hər şeyi Milli Məclis edə bilməz ki? Parlament şəhid ailələri ilə bağlı nə mümkündürsə etdi, iclaslar keçirdi, müraciətlər etdi. Prezident İlham Əliyevin müvafiq sərəncamından sonra bu məsələ həllini tapmalıdır. Tövsiyə edirəm ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, “Azərsığorta”nın əməkdaşları parlamentə dəvət edilsin, məsələ müzakirə olunsun”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu