Gender əsaslı cinsi seçimin qarşısının alınması və aradan qaldırılması üzrə Milli Fəaliyyət Planı layihəsinin təqdimatı olub

Xəbərin çap versiyası
Tarix: 19-10-2018, 14:50    |    Xəbər oxunub: 559 dəfə
Gender əsaslı cinsi seçimin qarşısının alınması və aradan qaldırılması üzrə Milli Fəaliyyət Planı layihəsinin təqdimatı olub


BMT Əhali Fondu və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşkilatçılığı ilə “Azərbaycanda gender əsaslı cinsi seçimin qarşısının alınması və aradan qaldırılması üzrə Milli Fəaliyyət Planı” layihəsinin təqdimatı olub. Tədbirdə dövlət qurumlarının, beynəlxalq təşkilatların və səfirliklərin nümayəndələri iştirak ediblər.



Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev tədbiri giriş sözü ilə açaraq, bu gün ölkəmizdə demoqrafik sabitliyin hökm sürdüyünü bildirib. Nazir vurğulayıb ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uğurlu sosial-iqtisadi inkişaf strategiyası nəticəsində respublikada davam edən inkişaf dinamikası eyni zamanda ölkədə müsbət demoqrafik vəziyyətin, o cümlədən əhalinin sabit artım tempinin mövcud olması ilə tamamlanır. Demoqrafiya və əhali sakinliyinin inkişafı sahəsində aparılan siyasət BMT-nin “Əhali və İnkişaf” üzrə Fəaliyyət Proqramının prinsiplərinə uyğun şəkildə və BMT Əhali Fondu ilə səmərəli əməkdaşlıq müstəvisində həyata keçirilir. Ötən dövrdə ölkəmizdə demoqrafiya və əhali sakinliyinin inkişafı sahəsində Dövlət Proqramı həyata keçirilib və növbəti uzunmüddətli dövr üzrə yeni Dövlət Proqramı layihəsi də hazırlanıb.

S.Babayev Azərbaycanda gender bərabərliyinin təmin edilməsi istiqamətində də BMT-nin “İqtisadi, sosial və mədəni hüquqlar haqqında Beynəlxalq Pakt”ına, “Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv olunması haqqında” Konvensiyasına, habelə Beynəlxalq Əmək Təşkilatının müvafiq konvensiyalarına, mütərəqqi beynəlxalq yanaşmalara uyğun siyasətin aparıldığını, gender bərabərliyinin təmin olunduğunu bildirib.

O qeyd edib ki, bununla belə, doğulanların cins strukturunda 1990-cı illərin əvvəllərindən doğulanlar arasında qız uşaqlarına nisbətdə oğlan uşaqlarının artımı, cins nisbətinin pozulması müşahidə olunur. Son illərdə cins nisbətinin pozulması göstəricisində azalma meyli mövcud olsa da, nisbət fərqi yenə nəzərəçarpan dərəcədədir. Demoqrafiya və əhali sakinliyinin inkişafı sahəsində yeni hazırlanan Dövlət Proqramı layihəsində də doğulanlar arasında cins nisbətinin pozulmasının aradan qaldırılması məsələlərinə ayrıca bölmə kimi yer ayrılıb.

S.Babayev diqqətə çatdırıb ki, BMT Əhali Fondu ilə bu sahədə də birgə işlər aparılır və Fondun dəstəyi ilə “Azərbaycanda gender əsaslı cinsi seçimin qarşısının alınması və aradan qaldırılması üzrə Milli Fəaliyyət Planı”nın layihəsi hazırlanıb. Layihədə gender nisbəti ilə bağlı ümumi icmal, bu nisbətin ciddi şəkildə pozulmasının bir sıra mənfi fəsadları və s. ilə yanaşı, gender əsaslı cinsi seçimin qarşısının alınması məqsədinə nail olunması üçün konkret fəaliyyət istiqamətləri və tövsiyələr əksini tapır.

Nazir yeni layihənin hazırlanmasında BMT Əhali Fondunun dəstəyini yüksək dəyərləndirib.

BMT-nin Əhali Fondunun baş müşaviri Fərid Babayev öz çıxışında doğulan uşaqlar arasında cins nisbətinin pozulmasının gələcəkdə əhalinin ümumi strukturu və dinamikası baxımından xoşagəlməz nəticələrə gətirib çıxara biləcəyini qeyd edib.

Tədbirdə Avropa İttifaqı Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas, , Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova, çıxış edərək, gender əsaslı cinsi seçimin qarşısının alınması məqsədilə Milli Fəaliyyət Planının hazırlanmasının ümumən demoqrafik inkişafın dəstəklənməsi baxımından əhəmiyyətini qeyd ediblər.

Sonra BMT-nin Əhali Fondunun Avropa İttifaqının maliyyə dəstəyilə həyata keçirdiyi “Oğlan uşaqlarına verilən üstünlüyün qarşısının alınması və qızların dəyərinin təbliği üzrə” Qlobal Proqramın çərçivəsində ölkəmizə dəvət olunan beynəlxalq ekspert Monika Das Qupta tərəfindən “Azərbaycanda gender əsaslı cinsi seçimin qarşısının alınması və aradan qaldırılması üzrə Milli Fəaliyyət Planı”nın layihə sənədi təqdim olunub. Tədbir iştirakçıları tərəfindən layihənin geniş müzakirəsi aparılıb, təkliflər verilib.

Gender əsaslı cinsi seçimin qarşısının alınması və aradan qaldırılması üzrə Milli Fəaliyyət Planı layihəsinin təqdimatı olub
Gender əsaslı cinsi seçimin qarşısının alınması və aradan qaldırılması üzrə Milli Fəaliyyət Planı layihəsinin təqdimatı olub
Gender əsaslı cinsi seçimin qarşısının alınması və aradan qaldırılması üzrə Milli Fəaliyyət Planı layihəsinin təqdimatı olub
Gender əsaslı cinsi seçimin qarşısının alınması və aradan qaldırılması üzrə Milli Fəaliyyət Planı layihəsinin təqdimatı olub
Gender əsaslı cinsi seçimin qarşısının alınması və aradan qaldırılması üzrə Milli Fəaliyyət Planı layihəsinin təqdimatı olub





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail afn.news@mail.ru






Diqqətinizi çəkə biləcək digər xəbərlər
8 min manata kimi maaş alanlar gəlir vergisindən nə zaman azad olacaq?

8 min manata kimi maaş alanlar gəlir vergisindən nə zaman azad olacaq?

Qadın polis sosial medianı coşdurdu-

Qadın polis sosial medianı coşdurdu- VİDEO+FOTOLAR

“WhatsApp” messencerində “itən mesaj”lar dövrü gəlir

“WhatsApp” messencerində “itən mesaj”lar dövrü gəlir

Günel Səfərova:

Günel Səfərova: “Amerikada insan hüquqları təkcə qanun deyil, həm də bir mədəniyyətdir”

NASA səsdən sürətli təyyarə istehsalına başladı

NASA səsdən sürətli təyyarə istehsalına başladı

Bakıda 10-a yaxın bağçanın müdiri işdən çıxarıldı

Bakıda 10-a yaxın bağçanın müdiri işdən çıxarıldı

BDU-nun giriş-çıxışı bağlandı:

BDU-nun giriş-çıxışı bağlandı: Abel Məhərrəmov həbs olunur?

Kamran Ağayev millidən kənarlaşdırıldı

Kamran Ağayev millidən kənarlaşdırıldı

Fransada polislə etirazçıların toqquşmasında 400-dən çox insan xəsarət alıb

Fransada polislə etirazçıların toqquşmasında 400-dən çox insan xəsarət alıb

Ötən həftə Türkiyə ordusu 68 terrorçunu məhv edib

Ötən həftə Türkiyə ordusu 68 terrorçunu məhv edib

Sabiq deputat “Nəsimi” bazarında satıcı işləyir-

Sabiq deputat “Nəsimi” bazarında satıcı işləyir- VİDEO+FOTOLAR

Messengerdən möhtəşəm yenilik

Messengerdən möhtəşəm yenilik

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur