Milli Oftalmologiya Mərkəzi Tovuzda aksiya keçirəcək


Milli Oftalmologiya Mərkəzi Tovuzda aksiya keçirəcək


7-8 noyabr 2018-ci il tarixində Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Dəmiryolu Səyyar Klinikası Tovuz rayonunda tibbi aksiya keçirəcək.



Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Dəmiryolu Səyyar Klinikası Tovuz rayonu sakinlərinə 2 gün ərzində tibbi xidmət göstərəcək. Aksiyada məqsəd operativ şəkildə pasientləri müayinə-müalicə, hətta cərrahi əməliyyat etməkdir. Eyni zamanda göz xəstəlikləri ilə bağlı monitorinqlər aparmaq, əldə edilən nəticələri müzakirə etmək və yerindəcə həll etməkdir. Lazım gəldikdə ciddi problemlərlə üzləşən və çətin əməliyyat tələb olunan pasientlərin isə Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinə gəlmələrinə şərait yaratmaqdır.

Növbəti aksiyasına başlayan Dəmiryolu Səyyar Klinikası ölkənin dəmiryolu xətti yerləşən bütün regionlarında, eləcə də Gürcüstan-Azərbaycan sərhədi ərazisində fəaliyyət göstərəcək. Səhiyyə Nazirliyinin dəstəyi ilə, 2018-ci ildən fəaliyyətə başlayan yüksək ixtisaslı oftalmoloji, xüsusilə cərrahi yardım göstərmək üçün müasir diaqnostik və cərrahi avadanlıqla təchiz olunan Dəmiryolu Səyyar Klinikanın uzunluğu 25, eni 3 metrdir. Bir gün ərzində klinikanın həkim və orta tibb briqadası vaqonda 300-dən çox müayinə-müalicə və 30 əməliyyat edə bilər. Qatarda oftalmoloji müayinələr üçün bölmə avadanlıq və oftalmoloq yerindən ibarətdir. Müayinələr üçün avadanlıqlar foropter, refraktometr, tonometr,işarələr proyektoru, yarıq lampa, lensmetr və digərləri təşkil edilib.

Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Səyyar Klinikası və bütün filialları ən son texnoloji avadanlıqlarla təchiz olunub. Mərkəzin Səyyar Klinikasının Azərbaycanın rayon və şəhərlərində həyata keçirdiyi tibbi aksiyalar mütəmadi xarakter daşıyır və bu Prezident İlham Əliyevin səhiyyə ilə bağlı reallaşdırdığı layihələrin tərkib hissəsələrindən hesab olunur. Burada əsas məqsəd sakinlərin vaxt itirmədən, elə yaşadıqları yerdə müayinə, müalicə və əməliyyat olunmasıdır. 2005-ci ildən bu günə kimi Səyyar Klinika paytaxda və respublikanın bir çox rayon və şəhərlərində tibbi aksiya keçirir.

Aksiyanın keçiriləcəyi vaxt və ünvan: 7-8 noyabr 2018-ci il, Tovuz – Qovlar dəmiryolu stansiyası, saat: 10:00

Əlaqə nömrələri: (+994) 514338116, (012) 5682890. Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Elmi-məlumat, tədris və təşkilati-metodik bölməsi.

email: oftalmoloqlarcemiyyeti@gmail.com



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu