Yeni tikilmiş çoxmənzilli yaşayış evləri yaxın vaxtlarda Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinə təqdim olunacaq

Xəbərin çap versiyası
Tarix: 7-11-2018, 12:17    |    Xəbər oxunub: 533 dəfə
Yeni tikilmiş çoxmənzilli yaşayış evləri yaxın vaxtlarda Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinə təqdim olunacaq


Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin mənzillə təminatı proqramı ildən-ilə gücləndirilir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi ilə bu kateqoriyalardan olan vətəndaşlar üçün İmişli rayonunda tikilən 54 mənzilli və Şamaxı rayonunda tikilən 36 mənzilli yaşayış binalarının inşası artıq başa çatdırılıb. Yaxın günlərdə həmin binalardakı mənzillər növbədə dayanmış Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin istifadəsinə veriləcək. Mənzillərdə müasir tələblərə uyğun yaşayış şəraiti yaradılıb, binaların həyət-bacasında abadlaşdırma işləri görülüb.

Respublikamızın bölgələrində Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün hazırda 67 fərdi evin inşası işləri də aparılır. Onlardan artıq əksər evlərin tikinti işləri yekunlaşmaq üzrədir. Eyni zamanda, nazirlik tərəfindən həmin insanlar üçün hazır yaşayış binalarından təmirli mənzillərin satın alınması ilə bağlı işlər davam etdirilir. İnşası başa çatmış fərdi evlər və alınmış mənzillər də yaxın vaxtlarda istifadəyə veriləcək.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2 avqust 2018-ci il tarixli Sərəncamı ilə Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün cari ildə əlavə olaraq minimum 300 mənzil alınması üçün 20 milyon manat vəsait ayrılıb. Bu da 2018-ci ildə Qarabağ müharibəsi əlillərinə və şəhid ailələrinə verilməsi nəzərdə tutulan mənzillərin sayının 2,4 dəfə artırılmasına, nəticə etibarilə bu il 500-dən çox mənzilin həmin insanlara təqdim olunmasına imkan yaradıb.

Yeni tikilmiş çoxmənzilli yaşayış evləri yaxın vaxtlarda Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinə təqdim olunacaq





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail afn.news@mail.ru






Diqqətinizi çəkə biləcək digər xəbərlər
“Son iclas” bədii-sənədli filmi Antalyada təqdim olundu-

“Son iclas” bədii-sənədli filmi Antalyada təqdim olundu- VİDEO+FOTOLAR

Məktəb direktoru ilə tanınmış aktyor arasında insident-

Məktəb direktoru ilə tanınmış aktyor arasında insident- Təfərrüat+FOTOLAR

DOST konsepsiyasının, “e-sosial” internet portalının, ƏƏSMN-in yeni loqosunun və rəsmi internet səhifəsinin təqdimatı keçirilib

DOST konsepsiyasının, “e-sosial” internet portalının, ƏƏSMN-in yeni loqosunun və rəsmi internet səhifəsinin təqdimatı keçirilib

Müəllimdən məktəb direktoruna qarşı inanılmaz iddia

Müəllimdən məktəb direktoruna qarşı inanılmaz iddia

Nazir müavini:

Nazir müavini: "Partlayış baş verən binanın sakinləri üçün yeni bina tikiləcək"

20 noyabr hərracı:

20 noyabr hərracı: 9 elektron sifariş verildi, 5 dövlət əmlakı rəqabət yaratdı

"Nissan"ın rəhbəri həbs edildi

Azərbaycanda terrora cəhd edən erməni diversant məhkəmə qarşısında-

Azərbaycanda terrora cəhd edən erməni diversant məhkəmə qarşısında- VİDEO+FOTOLAR

Metroda soyğunçuluq və oğurluq edən şəxslər saxlanılıblar

Metroda soyğunçuluq və oğurluq edən şəxslər saxlanılıblar

Tanınmış azərbaycanlı müğənni vəfat etdi

Tanınmış azərbaycanlı müğənni vəfat etdi

Azərbaycanda 3 qurum birləşdirilir, super nazirlik yaradılır

Azərbaycanda 3 qurum birləşdirilir, super nazirlik yaradılır

Hava şəraiti qeyri-sabit keçəcək:

Hava şəraiti qeyri-sabit keçəcək: sulu qar, qar yağacağı ehtimalı var-XƏBƏRDARLIQ

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur