“Hər ailə ağac əksin” aksiyası Binəqədi, Mehdiabad, Zığ və Qalada davam etdiriləcək


“Hər ailə ağac əksin” aksiyası Binəqədi, Mehdiabad, Zığ və Qalada davam etdiriləcək


Dövlət başçısının yeni yaşıllıqların salınması ilə bağlı tövsiyə və tapşırıqlarına uyğun olaraq “Hər ailə ağac əksin” devizi altında Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən başlanan aksiya 12 noyabr 2018 ci il tarixində Binəqədi rayonunda və Mehdiabad, Zığ, Qala qəsəbələrində davam etdiriləcək.



Aksiya Binəqədi rayonu 99 nömrəli orta məktəbin və Mehdiabad qəsəbəsi icra nümayəndəliyinin qarşılarında saat 11:00-dan 13:00-dək, Zığ qəsəbəsində icra nümayəndəliyinin, Qalada isə Qala bələdiyəsinin qarşılarında saat 13:00-dan 15:00-dək keçiriləcək və vətəndaşlara müxtəlif cinsli ağac tingləri paylanılacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi hər kəsi ağac əkməyə və payız əkini kampaniyalarına qoşulmağa çağırır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu