Qənirə Paşayeva MM-də əlillərlə bağlı bir sıra vacib təkliflərlə çıxış edib

Xəbərin çap versiyası
Tarix: 14-11-2018, 23:57    |    Xəbər oxunub: 617 dəfə
Qənirə Paşayeva MM-də əlillərlə bağlı bir sıra vacib təkliflərlə çıxış edib


Qənirə Paşayeva bu gün MM-də büdcə müzakirələri zamanı əlillərlə bağlı bir sıra vacib təkliflərlə çıxış edib və hökuməti onlara xüsusi diqqət ayırmağa çağırıb.



Millət vəkili Qənirə Paşayeva Milli Məclisin bu gün keçirilən iclasında 2019-cu il büdcə müzakirələri zamanı "Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2019-cu il büdcəsi haqqında" qanun layihəsinin müzakirələri zamanı "son zamanlar Əmək və əhalinin sosial müdafiəsi naziri S.Babayevin rəhbərliyi altında təşkilatın həyata keçirdiyi islahatların və cəmiyyətin həssas təbəqələrinə qurumun yanaşma və iş üsullarını, təqdim etdikləri yeni proqram və layihələri, özəlliklə ölkənin Birinci vitse-prezidenti M.Əliyevanın dəstəyi ilə hazırlanan və yaxın zamanlarda fəaliyyətə başlayacaq “Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi” – DOST xidmətini dəstəkləyirik və inanırıq ki, görülən işlər əhalinin, özəlliklə çətin vəziyyətdə olan hissəsi, əlillərin, işsizlərin həyatında müsbət rol oynayacaq" deyib. Millət vəkili Q.Paşayeva eyni zamanda cəmiyyətin həssas təbəqəsi olan fiziki imkanları məhdud insanlarla bağlı onların xahiş və təkliflərini də MM-də səsləndirib və hökumətdən bu məsələlərə də diqqət yetirilməsini xahiş edib: "Məlum olduğu kimi, 1-ci qrup əlillərə verilən müavinətin məbləği aşağıdır və əlillərin aldığı vəsait onların ehtiyaclarını qarşılaya bilmir. Ona görə də yaxşı olardı ki, 1-ci qrup əlillərə verilən müavinət və təqaüd birlikdə qaldırılsın. 1-ci qrup əlillər ağır xəstəliklərdən əziyyət çəkən insanlardır, iş imkanları yoxdur. Bütün bunları nəzərə alaraq 1-ci qrup əlillərə verilən müavinətlərin artırılmasına ciddi ehtiyac var. 1-ci qrup əlillərin vəziyyəti doğurdan da çətindir və hökumətdən xahiş edirik ki, onların müavinətlərinin artırılması məsələsinə baxsınlar və həllinə kömək etsinlər”. Millət vəkili Q.Paşayeva fiziki imkanları məhdud on cəkkiz yaşına çatmayan əlil uşaqların aldığı müavinətin də aşağı olması barədə danışıb və onun qaldırılmasının vacibliyini vurğulayıb. “Bu uşaqların ehtiyaclarını, sağlamlığı, təhsili, təlimi və s. istiqamətlərı də nəzərə alsaq ailələrin üzərinə düşən çətinlikləri görə bilərik. Onların gündəlik ehtiyacları ilə yanaşı, dərmanlarının alınması, müalicəsi və s. kimi ehtiyacları böyükdür və aldıqları müavinət onları qarşılamaq üçün çox azdır. Ailələrin bu məsələ ilə üzləşdiyi çətinlikləri nəzərə alaraq bu müavinətlərin artırılmasına böyük ehtiyac var. ”

Millət vəkili Qənirə Paşayeva əlillərin ödənişli ali təhsildən azad edilməsi, onların təhsil haqqının dövlət vəsaiti hesabına ödənilməsi təklifi ilə çıxış edib: “Bu adamların sayı azdır. Onlar ali məktəblərə ödənişli əsaslarla daxil olarkən yaxşı olar ki, onların təhsil haqqını dövlət ödəsin. Çünki onların çoxu üçün çox çətindir bu vəsaiti ödəmək. Ona görə də universitetlərdə onların təhsil haqlarından azad edilməsi məsələsinə baxılması çox vacibdir. Bu, sağlamlıq imkanları məhdud insanlarımızın təhsilə stimullaşdırılması istiqamətində çox gözəl bir addım olardı.” Millət vəkili Q.Paşayeva eyni zamanda son zamanlar Əmək və əhalinin sosial müdafiəsi nazirliyinin məşğulluq proqramı çərçivəsində gördüyü müsbət

dəyişiklikləri dəstəklədiyini bildirib və “inanırıq ki, məşğulluq proqramının həyata keçirlməsi zamanı əlillərə xüsusi diqqət ayrılacaq” deyib. Millət vəkili Q.Paşayeva çıxışında əlillərin məşğulluğu məsələsinə də toxunub: “Məşğulluq haqqında qanunda hər bir qurumda əlillərin işləməsi üçün kvota müəyyənləşib, amma demək olar ki qurumların əksəriyyəti bu məsələyə riayət etmirlər. Ona görə də əlillər işlə bağlı ciddi problemlə üzləşirlər və dəstək gözləyirlər. Əlillər üçün nəzərdə tutulan kvotalara müəssisələrin əməl etməsi istiqamətində ciddi dönüş yaratmaq üçün ciddi işlər görülməlidir. Əlillər cəmiyyətimizin ən həssas təbəqəsidir və onların iş yeri ilə təmin olunmasına daha çox çalışmalıyıq, onlara dəstəyi ciddi şəkildə artırmaq lazımdır. Əlillərinin işlə təminatı çox vacibdir, çünki bu insanların işlə təminatında üzləşdikləri çətinliklərin həll edilməməsindən ailələri çox əziyyət çəkir, buna görə də müvafiq qurumları bu məsələyə xüsusi diqqət göstərməyə çağırıram və inanırıq ki, Əmək və əhalinin sosial müdafiəsi naziri S.Babayevin rəhbərliyi altında da bu sahə ilə bağlı nazirlik ciddi islahatlar aparacaq və əlillərin işlə təmin olunması ilə bağlı kvotanın yerinə yetirilməsi istiqamətində dövlət və özəl təşkilatlara ciddi təsir mexanizmləri işə salınacaq”. Millət vəkili Q.Paşayeva Qarabağ müharibəsi veteranlarına pensiyaya çıxdıqdan sonra onlara verilən veteran müavinətinin azaldılmasının doğru olmadığı barədə Qarabağ müharibəsi veteranlarının fikirlərini də səsləndirib və onların bu məsələyə baxılması və pensiya çıxdıqdan sonra onlara verilən veteran müavinətinin azalmaması ilə bağlı təklif və xahişlərinə baxılmasını hökumətdən xahiş edib.

Millət vəkili Q.Paşayeva sahibkarlar tərəfindən hüquqları pozulan və əmək müqaviləsi olmadan işləyən işçilərin hüquqları məsələsinə də toxunub və "inanırıq ki, Əmək və əhalinin sosial müdafiəsi nazirimiz bu sahədə də ciddi addımlar atacaq və təşkilatlasr tərəfindən bu cür neqativ hallara yol verilməsi prosesinin qarşısı alınacaq. Bəzi sahibkarlar və təşkilatlar tərəfindən işçilərin hüquqlarının pozulmasının əleyhinəyik. Bu gün özəl sektorda əmək müqaviləsi olmadan çalışan və ya əmək haqları əmək müqaviləsində az göstərilən insanların sayı az deyil. Sabah bu insanlar pensiyaya çıxanda necə olacaq? Eyni zamanda əmək müqaviləsi olmadan çalışan işçilərin sahibkarlar tərəfindən işdən çıxarıldığı zaman öz əmək hüquqlarını müdafiə etmə məsələsi də çox vacibdir və bu məsələyə Əmək və əhalinin sosial müdafiəsi nazirliyi daha da böyük diqqət göstərəcək və bu istiqamətdə ciddi addımların atılacağına son dövrlərdə həyata keçirilən bir çox islahatlar fonunda böyük ümidlər bəsləyirik."




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail [email protected]







Diqqətinizi çəkə biləcək digər xəbərlər
Cambulat Umarov:

Cambulat Umarov: “Kütləvi davanın səbəbkarları axtarılır”-VİDEO

Quba və Şəkidə elektron kənd təsərrüfatı informasiya sisteminin tətbiqinə hazırlıq işləri davam edir

Quba və Şəkidə elektron kənd təsərrüfatı informasiya sisteminin tətbiqinə hazırlıq işləri davam edir

Azərbaycanın “İnterpol” xətti ilə axtarışa verdiyi şəxs Gürcüstanda həbs edildi

Azərbaycanın “İnterpol” xətti ilə axtarışa verdiyi şəxs Gürcüstanda həbs edildi

“Azərbaycan: tarixi-coğrafi məkan adından müstəqil siyasi dövlətə kimi”-

“Azərbaycan: tarixi-coğrafi məkan adından müstəqil siyasi dövlətə kimi”- Şəhla Cabbarlı yazır

Azərbaycanın dünya çempionu həbs edildi-

Azərbaycanın dünya çempionu həbs edildi- İşgəncə faktları…

"Özünüməşğulluq" proqramı ilə bağlı daha bir biabırçı FAKT+FOTOLAR

İstirahət günlərində səyahətə çıxanlar üçün hava proqnozu

İstirahət günlərində səyahətə çıxanlar üçün hava proqnozu

Sabiq deputatın şirkətində 600 manat maaş alan direktora 9 milyonluq kreditə qol çəkdirilib

Sabiq deputatın şirkətində 600 manat maaş alan direktora 9 milyonluq kreditə qol çəkdirilib

Prezident 5 komissiyanın tərkibində dəyişiklik edib-

Prezident 5 komissiyanın tərkibində dəyişiklik edib- SİYAHI

Nohur balıqçılığı təsərrüfatlarının sahibləri ilə görüş keçirilib

Nohur balıqçılığı təsərrüfatlarının sahibləri ilə görüş keçirilib

İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun Müşahidə Şurasının yeni tərkibdə ilk iclası keçirilib-

İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun Müşahidə Şurasının yeni tərkibdə ilk iclası keçirilib- FOTOLAR

Mətbuat Şurasında Qətərdən və Livandan olan bir qrup jurnalistlə görüş keçirilib-

Mətbuat Şurasında Qətərdən və Livandan olan bir qrup jurnalistlə görüş keçirilib- FOTOLAR

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur