Mənəvi dəyərlərimizi qorumaq hər bir azərbaycanlının borcudur


Mənəvi dəyərlərimizi qorumaq hər bir azərbaycanlının borcudur


“Media və mənəvi dəyərlər”

“Milli-mənəvi dəyərlər və Azərbaycançılıq – bu sözlər hər bir Azərbaycan vətəndaşı üçün doğma, əziz və müqəddəsdir. Bu, həm də milli ruhun, milli şüurun simvolu olaraq tarixi yaddaşın fundamental prinsiplər əsasında formalaşması deməkdir. Xalqımız, millətimiz keçmişin bütün buxovlarından azad olduqdan sonra əlindən zorla alınmış milli-mənəvi dəyərlərin, milli özünüdərkin formalaşmasına yeni zəmin yaratdı. Müasir tariximizin səhifələrində yer alan milli oyanış dövründə millətin həmin dəyərlər uğrunda canından belə keçməyə hazır olması ilə xalqımız- milli dəyərlərə sadiqliyini sübüt etdi”



Heydər Əliyev

Mövzuya əbəs yerə Ümummilli Lider Heydər Əliyevin dediyi bu dəyərli fikirlərlə başlamadım.Çünki, Ümummilli lider Heydər Əliyev, Azərbaycana rəhbərlik etdiyi dövrlərdə həmişə xalqımızın milli-mənəvi dəyərlərinin qorunmasına, milli mədəniyyətimizin inkişafına, xalqın adət- ənənələrinin zənginləşdirilməsinə çalışıb.Bu gün ulu öndərin daxili və xarici siyasətini uğurla davam etdirən, xalqımızın milli-mənəvi dəyərlərini həmişə uca tutan Prezident İlham Əliyev də hər zaman miili-mənəvi dəyərlərə ehtiramla yanaşır.

Lakin ümumi toplum olaraq bəzən cəmiyyət qloballaşan dünyaya inteqrasiya etdikcə milli-mənəvi dəyərlərə sahib çıxma öhdəliyini unudur.Milli-mənəvi dəyərləri qorumaq gələcək nəsillərə sağlam şəkildə çatdırmaq tək mənim, sənin yox cəmiyyətin hər bir üzvünün müqəddəs borcudur. Axı min illərdir bütün dini kitablar,filosoflar, peyğəmbərlər mənəvi dəyərlərə üstünlük verməyi diqtə edir.Bu tövsiyyələr səbəbsiz deyildir.Zaman-zaman cəmiyyətdə gedən proseslər mənəvi dəyərləri sıradan çıxarır. Uzun illərin təcrübəsi göstərir ki,mənəvi dəyərlərin möhkəm olduğu cəmiyyət özü-özünü tənzimləyə bilir.Mənəvi dəyərlərin qorunub saxlandığı cəmyyətdə insanlar bir-birinə daha xoş münasibət göstərir, nəticə isə cəmiyyətin tərəqqisi və inkişafı ilə müşahidə edilir.Min illərin təcrübəsi onu da göstərir ki, cəmiyyətdə maddi və başqa dəyərlər mənəvi dəyərlərin önünə keçəndə o zaman həmin cəmiyyətdə gərginliklər,arzuolunmaz qarşıdurmalar çoxalır. Cəmiyyətin mahiyyətindən,xarakterindən doğan bu məsələlərə dırnaqarası yanaşmaq lazım deyil.Milli-mənəvi dəyərlərimizi qorumamaqla nələri itirə biləcəyimizi isə təsəvvür etmək belə çətindir. Konkret düstürü olmasa da hər bir azərbaycanlı üçün mənəvi dəyər anlayışını formalaşdıran faktorlar var. Tariximizə,dilimizə,dinimizə,mədəniyyətimizə,ədəbiyyatımıza,milli musiqimizə,folklorumuza,dahi şəxsiyyətlərimizə,milli mətbəximizə,ailəmizə sahib çıxmaq istəyiriksə mənəvi dəyərlərimizi qorumalıyıq.Qorumalıyıq ki,milli özünüdərki itirməyək.Qorumalıyıq ki,Azərbaycançılıq ideologiyasına sadiq qalaq.Mənəvi dəyərlərin qorunması xalqın özünün uzun müddət formalaşmış ənənəsdir.Sosioloq Əhməd Qəşəmoğlu hesab edir ki,milli mənəvi dəyərlərin qorunması üçün konkret tənzimləmə mexanizmi olmalıdır.Sosioloq deyir ki, keçmişdə bu tənzimləmə mexanizminin əsasının müdrik insanlar qoyubsa demək ki,indi də buna ehtiyac var.Amma təəssüflər olsun ki,hazırda belə bir tənzimləmə mexanizmi yoxdur. Sosioloqun sözlərinə görə,keçmişdə geyim ,danışıq,davranış tərzi etik qaydalara cavab verməyəndə yaşca böyüklər irad bildirəndı yaşca kiçiklər bu iraddan mütləq şəkildə nəticə çıxarardılar.Lakin indi belə deyil.Əhməd Qəşəmoğlu diqqəti yaxın 30 ilə çəkir.Bildirir ki,o zamanlar orta məktəblərdə mənəvi dəyərlər indikinə nisbətən daha çox aşılanırdı. Gənc nəslin yetişməsində ailə,məktəb və cəmiyyət mühüm rol oynayırdı.İndi isə təəssüflə qeyd etmək lazımdır ki,təkcə Azərbaycanda deyil bütün dünyada qloballaşma sürətlə getdiyindən cəmiyyət çox böyük dəyişikliklərə məruz qalır,gündən-günə mürəkkəbləşir.Bəs bu niyə baş verir? Əvvəla qloballaşma təbii tarixi prosesdir.Ona görə də bu təbii tarixi proses hökmən getməlidir.Elm,internet,iqtisadiyyat,turizm,rabitə və digər sahələr inkişaf etdikcə qloballaşmanın baş verməsi qaçılmazdır. Qloballaşmanın baş verməsinə subyektiv amillər təsir edən mənəbi dəyərləri sıradan çıxarır.Çünki,qloballaşan dünyada güclü dövlətlər,təşkilatlar öz maraqlarını işə salır. Hər kəsi öz maraqlarına tabe etmək üçün çalışır.
Nəticədə isə qloballaşma çox ciddi subyektiv müdaxiləyə məruz qalır və bəşəriyyət üçün xoşagəlməyən hadisələr qeydə alınır.Əbəs yerə deyil ki,tez-tez şiddət,təcavüz bir sözlə mənəvi dəyərlərə zidd olan hadisələrin baş verdiyini eşidirik.Demək ki,mənəvi dəyərlər basqı altına düşməməlidir.Düşdüsə cəmiyyətdə yaranan fəsadlar çoxalacaq.
Mənəvi dəyərlərin təbligində medianın rolu çox böyükdür.Sosial psixologiya elmi izah edir ki,hər bir insanın yaxud sosial qrupun davranışında 3 amil mühüm rol oynayır.Birinci mühit, ikinci informasiya,üçüncü isə üstünlük verilən dəyərlər.Lakin böyük bir təəssüflə qeyd etmək lazımdır ki,bu gün media mənəvi dəyərlərin təbliğinə yetərincə dəstək göstərə bilmir.Xüsusən telekanallarda mənəvi dəyərlərin qorunması çox az diqqətdə saxlanılır.Bəzi tv proqramlar onların aparıcıları,müzakirəyə çıxardığı mövzular nəinki mənəvi dəyərləri qorumur hətta onların varlığına kölgə salır. Lakin milli-mənəvi dəyərlərimizin qorunması üçün əlindən gələni edən az sayda olsa da bəzi TV proqramlar var. Onların varlığı və gördüyü işlər bu istiqamətdə gələcəyə ümidi artır.Axı medianın cəmiyyətdə istənilən fikri formalaşdırmaqda xüsusi aləti var.Bəs əgər elə ilə niyə onda biz media olaraq əlimizdəki bu imkandan istifadə edib mənəvi dəyərlərimizə sahib çıxmayaq?! Düşünməyə və əməlli iş görməyə dəyər...

Yazı, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondunun “Media və mənəvi dəyərlər” mövzusunda elan etdiyi məqalə müsabiqəsinə verilir



Mənəvi dəyərlərimizi qorumaq hər bir azərbaycanlının borcudur

Aytən ABDULOVA



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu